Multifunctional Mobile App by Yelo

News feed

News

Yelo Bank ended last year with a profit

2019-cu ili rebrendinq prosesində olan Yelo Bank (keçmiş Nikoil Bank) üçün olduqca uğurlu hesab etmək olar.

İlin sonuna Yelo Bankın aktivləri 16.23% artaraq 484.727 milyon manata çatıb. Hesabat dövründə bankın kredit portfeli 304.348 milyon manata çatıb ki, bu da 7.6%-lik artımdan xəbər verir. Təkcə 2019-cu il ərzində bank kreditləşməni 80.3% artırıb.

Müştərilərin banka inamı artmaqda davam edir. Bunun sübutu kimi depozit portfelinin 37.4% böyüyərək 314.246 milyon manata çatmasını göstərmək olar. Depozit portfelində fiziki şəxslərin əmanətlərinin payı 275 milyon manatdan çoxdur.

Yelo Bank 2019-cu ili 68.7 min manat məbləğində xalis mənfəətlə başa vurub. Bankın məcmu kapitalı 1.6% artaraq 68.9 milyon manata çatıb.

Bankın əməkdaşlarının sayı 400 nəfərdən çox artaraq 900-ü ötüb.
2019-cu ildə bank müştərilərinə göstərdiyi xidmətlərin çeşidini artırıb, o cümlədən mikro müəssisələrin kreditləşməsinə başlayıb. İl ərzində Yelo Bank 44.8 milyon manatlıq 7400 mikro kredit verib. Ümumilikdə bank tərəfindən 86.4 milyon manat məbləğində biznes krediti verilib.

Maliyyə göstəricilərini şərh edən Yelo Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia bildirib: "Ötən il yalnız rebrendinq prosesi ilə deyil, eyni zamanda institusional inkişaf, ixtisaslaşmış kadrların sayının artması və əsas biznes göstəricilərimizin yaxşılaşması ilə yadda qalıb. Son illər ərzində bank ilk dəfə ili mənfəətlə başa vurub ki, bu da bizi sevindirir. Maliyyə hesabatlılığının beynəlxalq standartlarına əsasən, mənfəətimiz daha çox olacaq. 2020-ci ildə bizim əsas prioritetimiz bankın biznes proseslərinin transformasiyası olacaq. Bunun nəticəsində biz Yelo xidmətlərinin standartlarını müəyyənləşdirə və dayanıqlı uzunmüddətli nəticəni əldə edə biləcəyik. 2020-ci il ərzində tətbiq olunacaq yeni "Brighter Banking - Parlaq Bankçılıq" yanaşması bankın xidmətlərini müştərilər üçün daha parlaq və müsbət edəcək".