Multifunctional Mobile App by Yelo

Xəbərlər siyahısı

News

Yelo Bank universitetlərlə aktiv əməkdaşlıq edir

Yelo Bankın Korporativ Sosial Məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri gənclərə dəstək məqsədli layihələrə təşəbbüs göstərməkdir. Bu məqsədlə Yelo Bank ölkəmizdəki aparıcı ali məktəblərlə əməkdaşlığı, karyera tədbirlərində fəal iştirakını artıq bir ənənəyə çevirib. Bankın əməkdaşlarının qatıldığı son tədbirlərdən biri Azərbaycan Dövlət Neft və Sənayə Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində təşkil edilib. 

Karyera sərgilərində yüzlərlə tələbə və məzunlar Yelo Bankın İnsan Resursları üzrə təmsilçiləri ilə ünsiyyətdə olaraq bankda karyera imkanı, mövcud vakansiyalar haqqında məlumatlar əldə ediblər. Onlara müraciət və işəqəbul prosedurları barədə ətraflı təqdimat edilib. Sərginin iştirakçılarına həmçinin, Bankın istedadlı gənclərə dəstək üçün bir sıra proqramlar həyata keçirdiyi də bildirilib. Yelo Bank müəyyən bilik və bacarıqlara malik, amma iş təcrübəsi olmayan gənclərə imkanlar yaradır. Onlara təcrübə qazanmaqda dəstək verir. 

Xatırladaq ki, hazırda Bankda karyerasını İT sahəsində qurmaq istəyən gənclərə yönəlik “Yelo IT Lab” proqramı başlayıb. Qarşıda Yelo Bank-ın ənənəvi yay təcrübə proqramının başlaması, “Walk and Talk” səyyar mentorluq layihəsinin həyata keçirilməsi də nəzərdə tutulub.

Bank xidmətləri, o cümlədən, daşınmaz əmlak təminatlı kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Yelobank mobile application