Multifunctional Mobile App by Yelo

News feed

News

Our new online queuing service

İşimizdə rəqəmsal həllər tətbiq etməklə müştərilərimizin bank təcrübələrini yaxşılaşdırmaq üçün durmadan çalışırıq.

Onların rahatlığını düşünərək və pandemiya şəraitini nəzərə alaraq yeni onlayn növbə xidmətini istifadəyə veririk.

Artıq Yelo Bank müştəriləri filiallarımıza yaxınlaşmadan öncə onlayn sıra növbəsi götürməklə xidməti almaq istədikləri filialı və onlara uyğun olan vaxtı seçməklə sıra gözləməyib dəyərli vaxtlarına qənaət etmiş olacaqlar. 
Xidmətdən istifadə qaydaları çox sadədir.

Saytımızda yaradılan xüsusi bölmə vasitəsilə istənilən xidmət növünü, fililalı, gün və saatı seçməklə onlayn sırada yer tutmaq olar.

Bununla bağlı müştərinin mobil nömrəsinə və elektron poçtuna təsdiq kodu gəlir. Həmin kodu filiala yaxınlaşdıqda növbə terminalına qeyd etməklə, seçilmiş xidmət sahəsi üzrə ən birinci boş masaya növbə sırası əldə etmək olur. 
Onlayn növbə xidməti üçün saytımızda xüsusi bölmə yaradılıb.

Xidmətdən yararlanmaq üçün linkdən istifadə edə bilərsiniz - https://bit.ly/yelonovbe

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram  hesablarımıza yazın cavablandıraq!