Multifunctional Mobile App by Yelo

HURRY TO GET A LOAN AT 9.5% INTEREST!

Xəbərlər siyahısı

News

A bright road to Yelo

Sizə bankımızın parlaq nümayəndəsi – Fərəcova Fənarədən danışmaq istəyirik.

Bildiyiniz kimi, bu yay gələcəkdə karyerasını bank sahəsində qurmaq istəyən tələbələr üçün təcrübə proqramı təşkil etmişdik. Ölkəmizin bir neçə universitetindən seçilmiş tələbələr Yelo Bank-da cəmləşib, bir neçə ay ərzində parlaq bankçılığı öyrənirdilər. Onlardan biri qəbul imtahanından 685 bal toplayan və ilk iş yeri olaraq Yelo Bank-ı seçən Fənarədir.

Fənarə cavan qızlar üçün təhsilin nə dərəcədə vacib olduğunu göstərən bariz nümunədir. O, Ucar rayonunda yaşamış, qarşısına hüquq sahəsində təhsil alacağını məqsəd qoymuş, daha sonra  öz gücü və iradəsi ilə gecə-gündüz oxuyaraq BDU Hüquq fakültəsinə  yüksək balla daxil olmağa nail olmuşdur. 

1. Fənarə, səncə  təcrübə zamanı əldə etdiyin ən böyük nailiyyət hansı oldu?
Təcrübə müddətində bank qanunvericiliyini tətbiqi cəhətdən daha yaxşı mənimsəməklə yanaşı, hüquqi məsələlərlə bağlı daha çox yeni biliklər əldə etdim. Bununla yanaşı, proqramın sonunda Hüquq departamentində əməkdaş kimi qalmağım düşünürəm ki, sualınıza verilə biləcək ən dəqiq cavab olar.

2. Təcrübə keçdiyin depratamentin iş prosesində diqqətini xüsusilə çəkən nələr oldu?
İlk növbədə bankın Hüquq departamentinin çox səmimi və peşəkar kollektivdən ibarət olduğunu qeyd etməliyəm. Belə ki, işə yanaşma tərzi, problemləri həll etmə və s. baxımdan departamentdə çox sistemləşmiş-qarşılıqlı əlaqə mövcuddur.  Məhz bunun sayəsində də bütün hüquqi məsələlər düzgün və operativ şəkildə həll olunur.

3. Sənin üçün təcrübə ilə bağlı yadda qalan ən xoş xatirə hansıdır?
Seçim eləmək çətin olsa da, ilk gün adətən unudulmaz olur. Buna görə də məncə, ən xoş xatirə proqramın ilk günü bankla tanışlıqdır. Həmin gün komanda şəklində müxtəlif interaktiv oyunlar oynadıq və eyni zamanda fərqli ixtisaslarda oxuyan, ya da məzun olmuş yeni dostlar qazanmış oldum. Son olaraq, bu proqramın təşkilində əməyi keçən hər kəsə təşəkkür edirəm!

Biz isə öz növbəmizdə Fənarəyə komandamızın üzvü olduğu üçün təşəkkür edir, ona daha böyük uğur və parlaq karyera yolu arzu edirik! 
 

Yelobank mobile application