Multifunctional Mobile App by Yelo

HURRY TO GET A LOAN AT 9.5% INTEREST!

Xəbərlər siyahısı

News

Bright Road to Yelo - Aybaniz Balakishiyeva

“Yeloya parlaq yol” rubrikamızda bu gün sizə əməkdaşımız Aybəniz Balakişiyeva haqqında danışmaq istəyirik.
Aybəniz Azərbaycana köçməzdən əvvəl uzun müddət Rusiyada yaşayıb və orada təhsil alıb. Universitetə qəbul olduqda Azərbaycana köçüb, çəkingən və ölkədə iş imkanları ilə bağlı tam məlumatlı olmadığı üçün bir müddət iş tapmaqda çətinlik çəkib. Bu müddət ərzində o, bir çox şirkətlər tərəfindən müsahibələrə dəvət olunmuş, lakin onlardan geri dönüş almamışdır. Nəhayət, karyerasına Yelo-da başlamaq şansı əldə etdi, çünki komandamız onda bir çox işəgötürənin görmədiyi potensialı görə bildi. Yelo-da o, fərqli insanlarla, problemli müştərilərlə ünsiyyət qurmağı öyrəndi, emosional intellektini və stres altında işləmək bacarıqlarını təkmilləşdirdi. Gəlin Yelo haqqında düşündükləri və xatirələrini elə onun dilindən öyrənək:

1) Yelo-çu olmaq sənin üçün nə deməkdir?
 
Yelo-çu olmaq mənim üçün böyük, güclü və mehriban kollektivin bir üzvü olmaq deməkdir. Başa düşürsən ki, sən bankçılıq sahəsinin ən yaxşı komandasında işləyirsən və buna görə sevinməmək mümkün deyil. Yelo-çu olmağın verdiyi hissləri yalnız həmkarlarım anlaya bilər.
 
2) Yelo Bank sənə nə qazandırdı?
 
Yeloda qazandığım təcrübə daima mənimlə qalacaq. Əmək fəaliyyyətim zamanı peşakar bacarıqlarımı inkişaf etdirə bildim və müştərilərlə necə işləmək lazım gərəkdiyini mənimsədim. Yelo bir karyera məktəbidir. Yelo, gənc və təcrübəsiz namizədlərə şans verən nadir yerlərdən biridir. Bizi karyera yolu boyunca dəstəkləyir və özümüzü inkişaf etdirmək və daxili vakansiyalara keçmək üçün imkanlar verir.
 
3) İş təcrübəsində ən yadda qalan xatirə?
 
Ən yadda qalan xatirələr ilk iş günlərimdir, əbəs yerə deməyiblər ki, ilklər unudulmazdır. Təcrübə müddətində bankımızın mehriban kollektivi ilə tanışlığım və onların dəstəyi, müştərilərin sorğu və müraciətlərinin cavablandırılması-yönəldilməsi... Daha çoxundan bəhs edə bilərəm. Ümumiyyətlə, burada çalışdığım hər anımdan zövq alıram və hər gənci burada mövcud olan karyera imkanlarından faydalanmağa dəvət edirəm.
 

Yelobank mobile application