Multifunctional Mobile App by Yelo

List of all vacancies

Kassa xidmətləri üzrə vakansiyalar

City

Salyan

Yelo Bank olaraq müştərilərimizin ehtiyac və istəklərinə cavab verən yenilikçi məhsullar təqdim etməkdən qürur duyuruq. Çoxsahəli satış komandamıza Salyan filialı üzrə Kassa xidmətləri - kassir əməliyyatçı, aparıcı kassir əməliyyatçı axtarırıq.

Vəzifə öhdəlikləri:

  •  Müştərilərə xidmət göstərilməsini təmin edir, əməliyyat günü ərzində nağd pulların və digər qiymətlilərin mədaxil və məxaricini təsdiq edir, Cari hesaba mədaxil əməliyyatlarını icra edir
  •  Kredit ödənişləri icra edir
  •  Karta mədaxil əməliyyatlarını icra edir
  •  Gündəlik nağd manat və valyuta ehtiyyacının müəyyən edilməsində iştirak edir
  •  Nağd pulun inkassasiyasında iştirak edir
  •  Kassada olan pulun, digər qiymətlilər və sənədlərin lazımi qaydada yığılmasında iştirak edir
  •  Valyuta mübadiləsi əməliyyatlarını həyata keçirir
  •  Bankın məzənnəsinə uyğun olaraq kurs tablolarının dəyişdirilməsini həyata keçirir
  •  Kassaya mədaxil edilmiş nağd pulların formalaşdırılması və bağlanması, onların dövriyyə üçün ödəmə qabiliyyətliyinin müəyyən edilməsində iştirak edir
  •  Bankomatların nağd pulla yüklənməsi və boşaldılmasını icra edir
  •  Ödəniş terminalının boşaldılmasında iştirak edir
  •  Kassada olan qiymətlilərin qorunmasına və düzgün istifadəsinə görə cavabdehlik daşıyır
  •  Kassada olan vəsaitlərin həcmi, habelə müştərilər barədə məlumatların sirrinə təminat verir
  •  Gün sonu nağd pulun və qiymətlilərin faktiki qalığının yoxlanılması, kassa hesabatlarının hazırlanması, sənədlərin qovluğlara tikilməsini icra edir

Tələblər:

  •  Ali İqtisadi təhsil
  •  Sərbəst Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır
  •  MS Office bilikləri
  •  Yüksək analitik qabiliyyət
  •  Bank sahəsində minimum 1 (bir) il iş təcrübəsi
  •  AR-in banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi bilikləri
  •  Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik

Biz Sizə nə təklif edirik:

  •  Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  •  Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
  •  Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv
  •  Tibbi sığorta
  •  Yığım sığortasına qoşulma imkanı

Siz elektron poçtun “mövzu” yerinə “Kassa xidmətləri” və müvafiq filialı qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
 

Ready to join our team?

Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line

Apply for this vacancy
Apply for this vacancy
Drag and drop

Your resume here or Browse to upload (pdf, doc)

Yelobank mobile application