Kredit məhsullarının satışının təşkili şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi
City
BakıKaryerasını Parlaq bankçılıqda inkişaf etdirmək istəyən namizədlər üçün hazırda “Pərakəndə məhsulların satışı departamenti, Kredit məhsullarının satışının təşkili şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi” vakansiyasını elan edirik. Siz elektron poçtun “mövzu” yerinə “KMSTŞ mütəxəssisi” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Vəzifə öhdəlikləri:
• Kredit portfeli üzrə hesabatların hazırlanması;
• Satışın artırılmasına dair təkliflərin hazırlanması;
• Kredit üzrə qərar qəbul edən aidiyyatı struktur bölmələrlə əlaqələrin qurulması;
• Bankın partnyor kredit təşkilatları ilə müştəri müraciətləri istiqamətində danışıqların aparılması;
• İstehlak kreditləşməsi üzrə mütəxəssislərin təqdim etdiyi işlərin kollegial orqanlara çıxarılmasına dəstək göstərmək;
• Müştərilər tərəfindən daxil olan şikayətlərin baxılması, cavablandırılması və təhlilində iştirak etmək;
• Bankın keçirilən seminarlarında iştirakçı və mühazirəçi qismində fəal iştirak etmək;
• Filiallar üzrə istehlak kreditləşməsi əməkdaşlarının motivasiya sisteminin hazırlanması, təkmilləşdirilməsi və tətbiq edilməsi üzrə təkliflərin verilməsi;
• Bankın digər struktur bölmələrindən şöbəyə daxil olmuş sorğuların cavablandırılması;
• İstehlak kreditləşməsi üzrə işə qəbul olunan təcrübəçilərə mentorluq dəstəyinin göstərilməsi.
Tələblər:
• Ali İqtisadi və ya Riyazi təhsil;
• Sərbəst Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır;
• MS Office (Excel, Word, Power point) bilikləri;
• Yüksək analitik qabiliyyət və hesabatlılıq bacarıqları;
• Bank sahəsində müvafiq satış sahəsi üzrə minimum 3 (üç) il iş təcrübəsi;
• Komandada işləmək bacarığı.
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv;
• Tibbi sığorta;
• Yığım sığortasına qoşulma imkanı.
Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line
Apply for this vacancy