Multifunctional Mobile App by Yelo

Xəbərlər siyahısı

News

3-cü rübü 14 milyon xalis mənfəətlə tamamladıq

Yelo Bank cari ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabatdan görünür ki, Bank ilin əvvəlindən başlatdığı pozitiv artım dinamikasını qorumaqdadır. Belə ki, cari ilin əvvəlindən Yelo Bank-ın xalis mənfəəti 14 milyon manata yüksəlib. Üçüncü rübün sonunda Bankın cəmi aktivləri 912 milyon manat təşkil edir, bu da ötən ilin sonu ilə müqayisədə 90 milyon manat, yəni 11% artım deməkdir. 

Bankın həm
kredit, həm də əmanət portfeli böyüyüb. İlin əvvəlindən Yelo Bank-ın ümumi kredit portfeli 15% artaraq 715 milyon manat təşkil edib. Bu müddət ərzində portfelin mühüm hissəsini təşkil edən biznes kreditlərinin həcmi 462 mln manata çatıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24% artım deməkdir. Qeyd edək ki, kredit portfeli əsasən real sektorun maliyyələşdirilməsi hesabına artıb.

Fiziki şəxslərə verilən kredit portfeli isə ilin əvvəlindən 40 milyon, yəni 20% artaraq 252 milyon manat təşkil edib. Bu satışın 34%-i, eləcə də istehlak krediti portfeli artımının 44%-i onlayn kanallar vasitəsilə həyata keçirilib. 

Hesabata görə Bankın əmanət portfelində də nəzərə çarpan artım var.
İlin əvvəlindən bu istiqamət üzrə portfel 12% artaraq 642 milyon manata yüksəlib. Bu da Yelo Bank-a olan inam və etibarın göstəricisidir.

Eyni zamanda Bankın faiz gəlirləri də ötən ilin analoji dövrü ilə müqayisədə 31% artaraq 81 milyon manata çatıb.

Ötən ilin sonu ilə müqayisədə məcmu kapital 10%-lik artımla 102 milyon manat təşkil edir. Bu da requlyativ tələbdən 2 dəfə - 52 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 12.41%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7.27% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.


Bank xidmətləri ilə bağlı əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Yelobank mobile application