Multifunctional Mobile App by Yelo

Xəbərlər siyahısı

News

Support for Ganja schoolchildren

“Kəndlərdə idmanı inkişaf etdirək” proqramı çərçivəsində növbəti tədbirə dəstək olduq. Layihə AFFA və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kəpəz rayonunda həyata keçirilib.

Tədbir 22 sentyabr tarixində Gəncənin Vətən müharibəsi zamanı düşmən tərəfindən raket atəşinə məruz qalmış Qələbə Parkında baş tutub. Görüşdə şəhid ailələrinin uşaqları da daxil olmaqla 100 məktəbli iştirak edib. 

Tədbirdə müharibə zamanı həlak olmuş dinc sakinlərin xatirəsi yad edilib, həmçinin Gəncənin futbol ənənələri və bu cür tədbirlərin regionlarda idmanın inkişafı üçün əhəmiyyəti haqda danışılıb. Sonda isə məktəblilərə idman geyimləri hədiyyə etdik.

Gəncə, Bankımızın “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə dəstək olduğu sayca  üçüncü region oldu. Bundan əvvəl Cocuq Mərcanlı kəndi və Ağdaş rayonunda da tədbirlər keçirilmişdi. İlin sonunadək layihənin digər bölgələrdə də reallaşdırılması planlaşdırılıb.
 

Yelobank mobile application