Multifunctional Mobile App by Yelo

News feed

News

On the eve of Gurban Bayramy, Yelo Bank helped low-income families

Dünya müsəlmanlarının birlik və həmrəylik rəmzi olan Qurban bayramı insanlara paylaşmağı öyrədir. Bayramın xeyirxah ənənələrini daim yaşadan Yelo Bank bu münasibətlə sosial aksiya keçirdi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bank aztəminatlı və sosial həssas qrupa aid vətəndaşlarımızla görüşüb və Qurban bayramlarını təbrik edib. Aksiyaya dəvət edilmiş hər bir kəsə Bank adından Qurban bayramı sovqatları paylanılıb.

Korporativ Sosial Məsuliyyət Yelo Bankın strategiyasının ayrılmaz hissəsidir. Bank Azərbaycan əhalisinin sosial rifahını yaxşılaşdırmaq naminə təşəbbüskar layihələrini davam etdirəcək.

Yelo Bank xalqımızı müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, xoşbəxtlik, firavan həyat arzulayır.

Bank xidmətləri (onlayn kreditin bank kalkulyatoru ilə hesablanması) əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

 

Yelo Bank – Parlaq bankçılıq!