Multifunctional Mobile App by Yelo

Xəbərlər siyahısı

News

Yelo Bank-da Ümummilli liderə həsr olunmuş konsert keçirilib

Yelo Bank-da Azərbaycanın ümummili lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert baş tutub. “100 illik simfoniya” adlı təntənəli konsertdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının müşayiəti ilə Azərbaycanın xalq mahnıları və tanınmış bəstəkarların əsərləri ifa olunub. 

Tədbirin açılışında Yelo Bank İdarə Heyətinin sədri Anar Həsənov çıxış edədərək qonaqları salamlayıb. O, öz çıxışında ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan konsertin əsas məqsədinin Azərbaycan mədəniyyətini və ölkəmizin milli musiqi incilərini geniş təbliğ etmək olduğunu vurğulayıb. Tədbir boyunca ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən müxtəlif audio və video materiallar nümayiş olunub. Konsertdə bir çox məşhur incəsənət ustaları və gənc müğənnilərin ifasında Heydər Əliyevin çox sevdiyi, musiqimizin unudulmaz parçaları səsləndirilib. İfalar qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qonaqları təəccübləndirən digər əsas məqam isə konsert kimi böyük tədbirin məhz Bankın ərazisində keçirilməsidir. Belə ki, Yelo Bank-ın baş ofisi 400 nəfərlik böyük tədbir zalına sahibdir. Burada film nümayişi, müxtəlif tanınmış şəxslərin çıxışları və başqa mühüm tədbirlər həyata keçirilir. 

Online kredit almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Yelobank mobile application