Multifunctional Mobile App by Yelo

Xəbərlər siyahısı

News

Yelo Bank-ın dəstəyi ilə tələbələr üçün “KaryeramIZ” forumu baş tutub

Fəal təhsil və karyera dəstəkçisi Yelo Bank bu dəfə də qapılarını gənclərin üzünə açdı. Bankın dəstəyi və “Gənclərin Maarif­ləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə KaryeramIZ Forumu baş tutub. 100-dən çox tələbənin qatıldığı forum Yelo Bank-ın Baş ofisində keçirilib. Forumun əsas məqsədi gənclərin karyera oriyentasiyasının və işgüzar həyata hazırlığının təmin edilməsidir. Spiker qismində Yelo Bank-ın İşəqəbul və kadr hazırlığı şöbəsinin nümayəndələri Kəmalə Eynullayeva və Aygün Məhərrəmova-Kazımova çıxış ediblər. Onlar öz təlimləri ilə tələbələrə uğurlu müsahibə üçün faydalı nüansları bölüşdülər, eləcə də şəxsi brendin yaradılmasının vacibliyindən bəhs etdilər. Növbəti spiker Orxan Mahmudovun “Karyera planlaması” mövzulu təlimi isə gənclərə gələcək karyera məqsədlərini müyəənləşdirmək və ona doğru irəliləmək yolunda faydalı olacaq.

Yelo Bank Korporativ Sosial Məsuliyyət layihələrini ərsəyə gətirərkən gənclərin fərdi inkişafı və işgüzarlıq qabiliyyətinin artırılmasına xüsusi diqqət edir. Bank il sonunadək cəmiyyətimizə daha çox fayda verəcək digər layihələrin də həyata keçirilməsini planlaşdırır.

Yelo Bank vakansiyalar haqqında ətraflı məlumat istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Yelobank mobile application