Multifunctional Mobile App by Yelo

Xəbərlər siyahısı

News

Yelo Bank-da “Women's sharing circle” layihəsi baş tutdu

Yelo Bank-da DanceAbility Azərbaycan şirkətinin “Women’s sharing circle” adlı sosial layihəsi həyata keçirildi. Layihə müxtəlif yaşda, fərqli peşə sahibləri, sağlamlıq imkanları məhdud olan və olmayan qadınları bir araya gətirdi. “Women’s sharing circle” qadınların paylaşmaq, dincəlmək və bir-birini dəstəkləmək üçün toplaşdığı təhlükəsiz məkan deməkdir. Heç bir tənqid edilmədiyi və mühakimə aparılmadığı bu dairədə iştirakçı xanımlar kənar dünyadan, sosial şəbəkələrdən bir müddətlik uzaq qalmaqla rahat və özləri kimi oldular.
Görüş iştirakçı xanımların özlərini ifadə etməsi və bir-birilərini tanıması ilə başladı. Paylaşma dairəsində meditasiya, “Moving Bodies, “DanceAbility” və “Ecstatic Awakening Dance” kimi müxtəlif bədən yönümlü texnikalardan istifadə edildi. Proqram qeyd olunan texnikalar üzrə baş müəllim Nigar Sultanovanın mentorluğu ilə keçirildi.
Proqramın əsas məqsədi qadınları gücləndirmək, sağlamlığı və rifahı naminə seçim etmək üçün imkan yaratmaqdır. Proqram eyni zamanda zehni, emosional və fiziki sağlamlığın inkişafını da dəstəkləməyi hədəfləyir.


Bank xidmətləri (kredit, kart, depozit, mobil əlavə və s.) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!


Yelo Bank – Parlaq bankçılıq!

Yelobank mobile application