Multifunctional Mobile App by Yelo

HURRY TO GET A LOAN AT 9.5% INTEREST!

Xəbərlər siyahısı

News

Yelo Bank's assets reach 800 million manats

Yelo Bank 2022-ci ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqladı. Bank əsas maliyyə göstəriciləri üzrə pozitiv artım dinamikasını qorumaqla rübü tamamlayıb. Belə ki, cari ilin əvvəlindən Bank 3.2 mln manat xalis mənfəət əldə edib. Hesabata görə üçüncü rübün sonunda Bankın cəmi aktivləri 795 milyon manatı ötüb. 

Həm biznes, həm də istehlak kredit portfelində müsbət artım tendensiyası bu rüb də davam edib. İlin əvvəlindən Yelo Bank-ın kredit portfeli 134 mln manat artaraq 580 mln manat olub. Bu müddət ərzində portfelin mühüm hissəsini təşkil edən biznes kreditlərinin həcmi 362 mln manata çatıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 60% artım deməkdir. Qeyd edək ki, kredit portfeli əsasən mikro, kiçik və orta sahibkarların maliyyələşdirilməsi hesabına artıb.

Hesabat dövründə 6 mindən çox müştəriyə 53 mln manat istehlak krediti verilib. Bu satışın 33%-i onlayn kanallar vasitəsilə həyata keçirilib. Nəticədə il ərzində ümumi istehlak kredit portfelinin həcmi artaraq 200 mln manata yüksəlib.

Bu dövr üzrə əmanət portfelində də artım müşahidə olunur. İlin əvvəlindən 6 mindən çox müştəri 215 mln manatdan çox vəsaitini Yelo Bank-a etibar edib. Nəticədə Bankın depozit portfeli 36%-lik çoxalma ilə 550 mln manatı keçib. 

Eyni zamanda hesabat dövrü ərzində Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 35% artaraq 62 mln manata çatıb.

Hazırda Bankın məcmu kapitalı 93 mln manat təşkil edir. Bu göstərici də requlyativ tələbdən 43 mln manat çox olmaqla Bankın güclü kapital dayanıqlığını ifadə edir. Məcmu kapitalın adekvatlıq əmsalı 13.93%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 8.44% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.  

Yelo Bank-ın uğurları bununla bitmir. Nağdsız əməliyyatların stimullaşdırılması istiqamətində Bank cari il ərzində mühüm layihələr və xidmətlər təqdim edib. Bütün bunların nəticəsi olaraq 2022-ci ilin əvvəlindən Bankın nağdsız ödəmə dövriyyəsi 70%-dək çoxalıb. Kart hesabındakı qalıq vəsaitlərin həcmi isə ikiqat artıb. Bu tədbirlərin davamı kimi Yelo Bank il sonunadək daha bir neçə innovativ funksionallıqların təqdim etməyi planlaşdırır.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Yelobank mobile application