Multifunctional Mobile App by Yelo

News feed

News

Yelo card is now brighter

Cari Yelo kart sahiblərinə və Yelo kart almaq istəyənlərə ürəkaçan yeniliklərimiz var. İstəklərinizə və həyat tərzinizə uyğun olaraq artıq daha çox cashback qazana biləcəksiniz, üstəlik heç bir dövriyyə tələbi olmadan!

13 may 2022-ci il tarixindən Yelo kart üçün cashback tarifləri aşağıdakı kimi olacaq.
Seçilmiş kateqoriyalar üzrə yüksək cashbacklər:
1.    Marketlərdə Yelo Light və Premium kartları ilə 2%
2.    Geyim mağazaları, restoranlar, yanacaqdoldurma məntəqələrində Yelo Light kartı ilə 4%, Premium ilə 5%.
Digər yerlərdə isə Yelo Light kartı üzrə 0.5%, Premium üzrə 1% (ölkədaxili onlayn və POS terminallarda alış-veriş əməliyyatları)

Yüksək faizli cashbacklərin xüsusiyyətləri:

•    Ay ərzində təklif olunan 4 kateqoriyadan istənilən ikisini seçmək hüququnuz var.
•    Seçilmiş kateqoriyalar üzrə cashback qazanmaq üçün heç bir dövriyyə tələbi yoxdur.
•    Qazanılan məbləğ ödəniş əməliyyatından 5-7 iş günü sonra müştərinin hesabına köçürülür və mobil əlavədə cashback balansında əks olunur;
•    Yüksək cashback kateqoriyalarını hər ayın 1-i dəyişmək mümkündür. Əgər növbəti ay ərzində heç bir kateqoriya seçilməsə, əvvəl seçilmiş kateqoriyalar aktiv olaraq qalır;
•    Seçilmiş kateqoriyalardan qazanılacaq cashback məbləği ay ərzində maksimum 100 AZN ola bilər;
•    Cashback vəsaiti istənilən vaxt istənilən Yelo Bank kartına köçürülə bilər.

Standart cashback məbləği üçün heç bir aylıq limit və ya dövriyyə tələbi yoxdur. Həmçinin, əvvəlki ay üzrə dövriyyədən asılı olmayaraq cashback faizləri dəyişməz qalır.

Cashback partnyor şəbəkəsində yer alan partnyorlar tərəfindən təqdim olunan cashbacklar, bankın təqdim etdiyi cashback gəlirləri ilə birgə toplanır və hesabına köçürülür. Yəni, əgər Yelo App-də (yüksək faizli cashbacklər) seçilmiş müvafiq kateqoriyalar üzrə əməliyyat aparılarsa, həm partnyor, həm da bank tərəfindən cashback faizi əldə etməyə davam edəcəksiniz.

Yüksək faizli cashbacklərlə bağlı bunları bilməyiniz vacibdir:

•    Yelo kartla həyata keçirilən nağdsız ödənişdən sonra qazanılacaq cashback məbləği həm əməliyyat şəklində, həm də şəxsi cashback səhifəsində “Gözləmədə” statusunda olur. 
•    Əməliyyat aparılan gündən 5-7 iş günü sonra cashback məbləği “Təsdiqlənən” və ya təsdiqlənməzsə, “Ləğv olunan” statusuna dəyişir.

*Əgər ləğv olunan əməliyyat zamanı müştərinin cashback balansında qazanılan cashback məbləği artıq mövcud deyilsə, o zaman geri qaytarılma zamanı müştəri hesabına köçürülən məbləğdən ləğv olunmuş əməliyyat üzrə öncə ödənilmiş cashback məbləği çıxılır və bank hesabına qaytarılır.

•    Yüksək faizli kateqoriyaların seçimi yalnız mobil əlavə üzərindən aparıla bilər. Bankın xidmət mərkəzlərində qeyd olunan seçimi həyata keçirmək olmur. 
•    Əgər müştərinin həm Yelo Light, həm də Yelo Premium kartı varsa, o mobil əlavədə kartlardan yalnız birini seçərək yüksək faizli cashback imkanından yararlana bilər. Bununla bərabər, müştəri seçim etmədiyi digər kart üçün standart cashback tarifindən yararlanmağa davam edəcək.
•    Əgər 3 ay müddətində cashback balansınının heç bir hissəsi hesaba köçürülməyibsə, qazanılmış məbləğ avtomatik olaraq kart hesabına köçürülür.

13 may 2022-ci il tarixindən Yelo kartlarda qalığa görə heç bir dövriyyə tələbi olmadan ay ərzində aşağıdakı faizlərlə əlavə gəlir qazana bilərsiniz

•    Yelo Light kartlarında AZN valyutasında illik 5%, USD-də isə 0.1%
•    Yelo Premium kartlarında AZN valyutasında illik 7%, USD-də isə 0.2% 

13 may 2022-ci il tarixinə kimi açılmış Yelo kartlarda isə aşağıdakı tarif dəyişikləri mövcuddur:

Yelo Light kartları ilə 1-30 aprel tarixlərində kartla aylıq ən azı 300 AZN və ya ekvivalentində dövriyyə tələbi (ölkədaxili onlayn və POS terminallarda alış-veriş əməliyyatları) yerinə yetirildikdə:

•    Növbəti ay (6 may tarixindən) qalıq məbləğinə faiz dərəcəsinin artırılması (6%) həyata keçirilir. May ayı üzrə dövriyyədən asılı olmayaraq növbəti aydan (6 iyun tarixindən) kart hesabındakı qalığa standart 5% hesablanacaq. 

•    Növbəti ay (5 may tarixinədək) cari kredit borcunun illik 1% məbləğinin karta geri qaytarılması həyata keçirilir. May ayı üzrə dövriyyədən asılı olmayaraq növbəti aydan (iyun ayından) bu şərt artıq qüvvədə olmayacaq.

•    Növbəti ay (6 may tarixindən) standart cashback faiz dərəcəsinin artırılması (0.8%) güzəşti 13 may tarixinədək qüvvədədir. Yeni cashback tarifləri qüvvəyə mindiyi tarixdən etibarən isə kartla edilmiş nağdsız ödənişlərə görə standart 0.5% cashback hesablanacaq.

Yelo Premium kartları ilə 1-30 aprel tarixlərində kartla aylıq ən azı 700 AZN və ya ekvivalentində dövriyyə tələbi  (ölkədaxili onlayn və POS terminallarda alış-veriş əməliyyatları) yerinə yetirildikdə:

•    Növbəti ay (6 may tarixindən) qalıq məbləğinə faiz dərəcəsinin artırılması (8%) həyata keçirilir. May ayı üzrə dövriyyədən asılı olmayaraq növbəti ay (6 iyun tarixindən) kart hesabındakı qalığa standart 7% hesablanacaq.

•    Növbəti ay (5 may tarixindən) cari kredit borcunun illik 2% məbləğinin karta geri qaytarılması həyata keçirilir. May ayı üzrə dövriyyədən asılı olmayaraq növbəti ay (iyun ayından) bu şərt artıq qüvvədə olmayacaq.

•    Növbəti ay (6 may tarixindən) standart cashback faiz dərəcəsinin artırılması (1.5%) 13 may tarixinədək qüvvədədir. Yeni cashback tarifləri qüvvəyə mindiyi tarixdən etibarən isə kartla edilmiş nağdsız ödənişlərə görə standart 1% cashback hesablanacaq.
•    13 may 2022-ci il tarixindən partnyorlardan qazanılan cashback məbləğinə 20% əlavə cashback hesablanması qüvvədən düşür. Lakin yüksək faizli cashback seçimləri ilə daha çox qazanmağa davam edəcəksiniz. 

8 aprel 2022-ci il tarixinə kimi açılmış Yelo kartlarında isə ilk 3 ay ardıcıl dövriyyə şərti yerinə yetirildikdə (Yelo Light kartı üçün ən azı 300 AZN və ya ekvivalentində, Yelo Premium kartı üçün ən azı 700 AZN və ya ekvivalentində) kartın alınması üçün ödənilən vəsait geri qaytarılır. 

8 aprel 2022-ci il tarixindən isə Yelo kartı pulsuz əldə etmək şərtinda dövriyyə tələbi ləğv olunub. Qeyd olunan tarixdən 3 illik pulsuz Yelo kartlarını əldə etmək üçün aşağıda qeyd olunan məbləğdə ilkin mədaxil etmək tələb olunur:
•    Yelo Light kartına 100 AZN/50 USD/50 EUR
•    Yelo Premium kartına 1000 AZN/500 USD/500 EUR
Daha sonra karta ilkin mədaxil edilmiş məbləği ödənişləriniz üçün istifadə edə və ya nağdlaşdıra bilərsiniz. 


Ətraflı məlumat üçün 981 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.