Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Əməliyyat riskləri şöbəsinin mütəxəssisi

Vəzifə öhdəlikləri:

  •  Bankın tənzimləyici sənədlərinin hazırlanmasında və uyğunlaşdırılmasında iştirak etmək, onlara əməliyyat risklərinin idarə olunmasına aid hissədə müvafiq dəyişiklik etmək;
  •  Əməliyyat risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, ölçülməsi, idarə olunması və onlara dair hesabatlıq tərtibi;
  •  Əməliyyat riskləri üzrə məlumat bazasında risk hadisələrinin hazırlanması, saxlanması və müntəzəm monitorinqi;
  •  Baş vermiş risk hadisələrinin araşdırılması prosesində iştirak etmək, rəhbəri və aidiyyatı strukturları bu haqda məlumatlandırmaq;
  •  Bankın bütün struktur bölmələrinə əməliyyat risklərinin idarə edilməsi ilə bağlı işlərdə öz vəzifələri çərçivəsində və Bankın qüvvədə olan metodologiyası və qaydalarına uyğun metodik dəstək göstərmək;
  •  Bankda gündəlik aparılan əməliyyatların yoxlanması və təhlili;
  •  Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
  •  Bankın riskləri üzrə risk xəritəsini yaradılmasında iştirak və davamlı nəzarət prosesinin həyata keçirilməsi.

Tələblər:

  •  Bankda əməliyyat riskləri sahəsində ən az 1 il iş təcrübəsi və ya digər bank sahələrində ən azı 3 il iş təcrübəsi;
  •  İqtisadiyyat və maliyyə istiqaməti üzrə ali təhsil;
  •  İngilis və Rus dilində danışıq bacarığı arzuolunandır;
  •  Risklərinin idarə edilməsi barədə AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə biliklər arzuolunandır;
  •  MS Office (Excel, Word, Powerpoint) proqramlarında sərbəst işləmək bacarığı, SQL bilikləri olan namizədlərə üstünlük veriləcək;
  •  Analitik qabiliyyət və riyazi düşüncəyə malik olmaq;
  •  Məsuliyyətli, dəqiq, ünsiyyət qurma və komandada işləmə bacarığı.

Biz Sizə nə təklif edirik:

  •  Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  •  Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
  •  Könüllü tibbi sığorta proqramına qoşulma
  •  Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Əməliyyat riskləri üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə