Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Plastik Kartlar üzrə İT Biznes Analitik

Şəhər

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Proqram təminatının inkişafı departamentində Plastik Kartlar üzrə İT Biznes Analitik” vakansiyasını elan edirik.

Struktur: Proqram təminatının inkişafı departamenti
Vəzifə: Plastik Kartlar üzrə Biznes Analitik
Bilavasitə tabeçiliyi: Departament direktoru / Şöbə meneceri

Vəzifə öhdəlikləri:

  • Bankın proqram təminatlarının dəstəyi;
  • Biznes prosesləri və iş proseslərini,  həmçinin onların mövcud və gələcək proqram təminatı ilə əlaqələrini anlamaq və sənədləşdirmək;
  • Təcrübələrə və sənaye həllərinə əsaslanaraq arzu olunan hədəflərə çatmaq və ya yaxşılaşdırmaq üçün alternativ həllər təklif etmək;
  • Təklif olunan layihələrin miqyasını, faydalarını və risklərini optimallaşdırmaqda biznes istifadəçilərinə və İT rəhbərliyinə yardım olunması; 
  • İstifadəçilərin və rəhbərliyin gözləntilərini idarə etməkdə yardım;
  • Bank və əlaqəli sistemlərinin inkişafı və təkmilləşdirmə  sahəsində layihələrin müstəqil təşəbbüsü və reallaşması;
  • Texniki şöbə ilə əlaqəli iş sorğularını və layihə fəaliyyətlərini müvafiq bölmələr arasında idarə və koordinasiya etmək.

Tələblər:

  • Ali Iqtisadi/Texniki təhsili arzusundadır; 
  • Bank sektorunda ən azı 2 il iş təcrübəsi arzuolunandır; 
  • Plastik Kartlar Proseslərin üzrə biliklər;
  • Prossesinq mərkəzindən daxil olan faylların strukturu üzrə biliklər;
  • Plastik Kartlar üzrə klirinq prossesin təkmilləşdirilməsi;
  • Prossesinq mərkəzi ilə qurulan serveslərin monitoringi və təkmilləşdirilməsi;
  • Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
  • Biznes proseslər üzrə texniki sənədin (istifadəçi və texniki səviyyədə-use case) hazırlanması;
  • Biznes proses üzrə test ssenarilərinin hazırlanmasında iştirak;
  • Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
  • Dəyişiklik edilmiş Biznes prosesin test mərhələsində Sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
  • Biznes prosesin Proqramlaşdırma komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;
  • Analiz zamanı hesabat hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
  • Tələblərin toplanması və təhlili, xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə