Müraciətiniz üçün təşəkkürlər
Ən qısa zamanda əməkdaşlarmız tərəfindən sorğunuza baxılacaq. Qeyd etdiyiniz mobil nömrə ilə əlaqə saxlaya bilmədiyimiz halda müraciətinizə baxa bilməyəcəyik .
Kartın bütün üstünlüklərini 1 storidə sığdırmaq çətindir, amma düyməyə sıxaraq hamısı ilə tanış ola bilərsən.
Xarici saytlardan hər sifarişdə taksit fürsəti və 70 gün güzəşt müddətindən faydalanmaq üçün aşağıdakı sarı düyməyə kliklə
Üstündə pulqabı gəzdirməyi unut. Google Pay ilə istədiyin zaman təmassız ödəniş keçərli olan hər yerdə ani ödəniş edə biləcəksən! Bunun üçün Google Wallet tətbiqini elektron cihaza yüklə, kartı əlavə et və ödəməyə başla!
Sual-cavab:
Google Pay nədir?
Google Pay – 11 sentyabr, 2015-ci ildə Google şirkəti tərəfindən yaradılmış, Android əməliyyat sistemi ilə çalışan smartfonlarda tətbiq olunan innovativ, elektron ödəniş sistemidir.
Google Pay ilə harada ödəniş edə bilərəm?
Google Pay-i dəstəkləyən bütün mağazalarda, vebsaytlarda və tətbiqlərdə ödəniş edə bilərsiniz. Bu cür yerlərdə adətən təmassız ödəniş və ya Gpay nişanı olur.
Xidmət haqqı nə qədərdir?
Google Pay xidməti tamamilə ödənişsizdir.
Yelo Bank-ın hansı kartlarını Google Wallet-ə əlavə edə bilərəm?
Yelo Bank-a məxsus istənilən növ Visa kartını.
Google Pay ilə ödəmə qaydası necədir?
Ödəniş etmək üçün:
Google Wallet-ə bir neçə kart əlavə edə bilərəm?
Bəli, mümkündür. Kartınızı Google Wallet-ə əlavə etmək üçün:
Google Pay ilə ödənişlər təhlükəsizdirmi?
Google Pay ödənişlər təhlükəsiz və etibarlı ödəniş vasitəsidir. Xüsusi tokenizasiya texnologiyası sayəsində ödəniş zamanı kartın nömrəsi və ya kart sahibinin digər məlumatları deyil, virtual kartın, yəni token məlumatları ötürülür. Bu texnologiya kart sahibinin şəxsi məlumatlarını qorumağa imkan verir və telefonun itirilməsi və ya oğurlanması halında təhlükəsizliyinizi təmin edir. Hətta smartfon itirildiyi zaman “Cihazımı Tap” funksionallığı sayəsində dünyanın istənilən yerindən smartfonunuzu dərhal bloklaşdırıb, yeni şifrə ilə qoruya və ya şəxsi məlumatlarınızı tam silə bilərsiniz.
Google Pay-dən istifadə etmək üçün internet bağlantısı olmalıdır?
İnternet bağlantısı olmadan belə Google Pay xidmətindən istifadə etmək mümkündür.
Apple Pay təmassız ödəmə üsulunu Yelo kart istifadəçiləri üçün əlçatandır. Bunun üçün sadəcə iPhone smartfonu, Apple Watch saatını və ya iPad planşetini ödəmə terminalına yaxınlaşdırmaq kifayətdir. Apple Pay ilə təmassız ödəmə nişanı olan istənilən market, aptek, taksi, kafe, restoran, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür.
Apple Pay-in əsas üstünlüyü onun təhlükəsizliyi və məxfiliyindədir. Bu üsulla həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi ödənişi Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir. Apple Pay-ə əlavə edilmiş kart məlumatları nə cihazda, nə də Apple serverlərində saxlanılmır. Əvəzində karta unikal cihaz qeydiyyat nömrəsi verilərək şifrələnir və cihazın yüksək standartlara cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz element” çipində əminliklə saxlanılır.
Yelo kartı Apple Pay-də aktivləşdirmək çox asandır:
· Yelo mobil tətbiqinə daxil olub, istədiyiniz kartı seçin;
· “Apple Wallet”ə əlavə etmək üçün müvafiq təlimatları yerinə yetirin;
· Mobil nömrənizə SMS ilə göndəriləcək birdəfəlik şifrəni (OTP) daxil edin.
Prosesi yekunlaşdırdıqda seçdiyiniz kartı iPhone, Apple Watch, iPad cihazları vasitəsilə Apple Pay ödənişlərində istifadə edə biləcəksiniz.
Apple Pay xidmətinə qoşulmuş Yelo kart sahibləri Bankın təklif etdiyi cashback və endirimlərdən faydalanmağa davam edə biləcəklər.
Son illərin ən populyar layihələrindən biri olan ƏDV geri al artıq Yelo App istifadəçiləri üçün aktivdir. İndiyədək Yelo kartla hər alış-verişlərinizdən cashback qazandığınız kimi, indi geri alacağınız ƏDV faizləri ilə daha çox qazanacaqsınız.
ƏDV geri al funksionallığından istifadə etmək üçün ilk növbədə Yelo App-i yeniləməyiniz vacibdir. Daha sonra isə aşağıdakı addımları təkrarlayın:
Burada QR kodu oxutduğunuz və Fiskal ID-ni daxil etdiyiniz qəbzlərin statusunu yoxlaya bilərsiniz. ƏDV faizləri “təsdiqlənən”, “gözləmədə” və “ləğv olunan” statusları ilə əks olunur. Yeni qəbz əlavə etmək üçün “Qəbzi skan et” düyməsinə sıxıb, QR kodu oxudun və ya Fiskal ID-ni əl ilə daxil edin. Təsdiqlənən vəsaiti nağdlaşdırmaq isə edvgerial.az portalında Yelo Bank kartına köçürməklə həyata keçirilir. Qeyd edək ki, Yelo Bank kartlarına ƏDV faizlərinin köçürülməsi komissiyasızdır.
Əlavə suallarınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Yelo Visa Platinum kart sahibləri üçün yaxşı xəbərimiz var. Artıq Visanın Premium kart sahibləri yeni əlaqə vasitəsi – Visa Konsyerj çat-botundan istifadə edə bilər. 24/7 müştərilərin xidmətində olan çat-bot qısa müddət ərzində bir sıra gündəlik məsələləri həll etməyə imkan verir:
Bu xidmətdən dünyanın istənilən yerində istifadə etmək olar. Yelo Premium Visa kart sahibləri virtual köməkçiyə istənilən vaxt Viber, Whatsapp və Telegram messencerlərində müraciət edə bilər. Xidmətdən istifadə pulsuzdur. Çat-bot Azərbaycan, rus və ingilis dillərində xidmət göstərir.
Beynəlxalq pulköçürmə xidməti olan Visa Direct Yelo mobil tətbiqində aktivdir. Bununla tətbiqdə kartdan-karta əməliyyatı kimi 200-dən çox xarici ölkəyə pul köçürmək mümkündür.
Visa Direct funksionallığı necə işləyir? Yelo mobil tətbiqində qeydiyyatdan keçmiş müştərilər pul köçürmək istədikləri xarici bank kartının 16 rəqəmini və kart sahibinin məlumatlarını daxil etməlidir. Xidmət olduqca sadə və təhlükəsizdir, günün istənilən saatı istifadə etmək mümkündür. Vəsait dərhal qarşı tərəfin hesabına oturur. Qeyd edək ki, Visa Direct xidmətindən yalnız Yelo Visa kart sahibləri faydalana biləcək.
Yelo Kart yüksək cashback-lərlə bərabər kart balansında qalan vəsaitə də yüksək gəlir təklif edir.
Belə ki, Yelo kart sahibləri minimal məbləğ tələbi olmadan kartdakı vəsaitlərinə illik 6%-dək gəlir əldə edirlər. Bunun üçün heç bir dövriyyə tələbi yoxdur. İllik faiz gündəlik olaraq hesablanır və hər növbəti ayın ilk iş günü kart hesabına köçürülür. Faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ Yelo Light üçün 10 000 AZN, Yelo Premium üçün isə 100 000 AZN-dir.
Qeyd edək ki, AZN valyutalı Yelo Premium kartda illik 6%, AZN valyutalı Yelo Light kartda isə illik gəlir 4% gəlir qazanmaq mümkündür.
Yelo kartla xərcləmək rahatlıqdır. Əlbəttə ki, vaxt gələcək, nağd pul lazım olacaq. Üstünlük burasındadır ki, Yelo kartındakı şəxsi vəsaitini Yelo Bank və Azərpoçta məxsus ATM-lərdə komissiyasız nağdlaşdıra bilərsən. Üstəlik nağdlaşdırma əməliyyatında say məhdudiyyəti də yoxdur. Digər tariflər barədə daha ətraflı məlumat üçün: https://www.yelo.az/site/assets/files/1094/kartlar-uzre-tarifler.pdf
Yelo Bank ATM-lərinin siyahısı ilə buradan tanış ola bilərsən: https://www.yelo.az/az/individuals/atms-and-branches
PIN Set web
Yeni Yelo kart sifariş vermisən və PIN (ŞEN) kodu onlayn təyin etmək istəyirsən? O zaman PIN Set web xidmətimizdən faydalana bilərsən. Bunun üçün xidmət səhifəsinə daxil ol və aşağıda yazılmış addımlarla get:
Xidmət ödənişsizdir.
Yelo Bank
Yüksək cashback kateqoriyalarıYelo kart partnyor şəbəkəsində və hər ödəniş üzrə təqdim etdiyi standart cashback-lərlə bərabər yüksək cashback kateqoriyalarını da təqdim edir. Yelo kart sahibləri 4 cashback kateqoriyasından ikisini seçməklə həmin ay ərzində heç bir dövriyyə tələbi olmadan daha çox cashback əldə edə bilər:
• Kafe və restoranlarda - Yelo Light 4%, Yelo Premium 5%
• Yanacaqdoldurma məntəqələrində - Yelo Light 4%, Yelo Premium 5%
• Geyim mağazalarında - Yelo Light 4%, Yelo Premium 5%
• Marketlərdə - hər iki kart ilə 2%
Seçilmiş kateqoriyaları hər ayın 1-i Yelo mobil tətbiqi üzərindən dəyişdirmək mümkündür. Yeni cashback seçimi etmədikdə isə əvvəlki ay seçilmiş kateqoriyalar qüvvədə qalır. Ay ərzində bu kateqoriyalar üzrə maksimum 100 AZN cashback qazanmaq mümkündür. Üstəlik kateqoriya seçib-seçməməyinizdən asılı olmayaraq bütün ödənişlərdə Yelo Light kartı üzrə 0.5%, Yelo Premium üzrə 1% (ölkədaxili onlayn və POS terminallarda alış-veriş əməliyyatları) cashback qazanmağa da davam edirsiniz. Bütün bunlarla yanaşı yüzlərlə partnyor şəbəkəsindən 30%-dək əlavə cashback təklifləri də qüvvədədir. Əgər partnyor yüksək cashback-li kateqoriyaya daxildirsə, o zaman kateqoriya cashbacki ilə partnyorun verdiyi cashback vəsaiti toplanır.
Qazanılmış cashback-lər istənilən vaxt istənilən Yelo Bank kartına köçürülə bilər. Həmçinin kartdakı vəsaiti də komissiyasız nağdlaşdırmaq imkanı verilib.
Kartın PIN kodunu unutmusan? PIN Reset xidmətindən istifadə edərək yeni kod əldə et. Bunun üçün sadəcə:
Xidmət haqqı 3 AZN təşkil edir və kart hesabından çıxılır.
Əgər kartının PIN kodunu dəyişdirmək istəyirsənsə, istənilən Yelo Bank ATM-ə yaxınlaşa bilərsən. Yeni şifrə 4 rəqəmdən ibarət olmalıdır və istədiyin qədər dəyişə bilərsən. Dəyişmək isə çox rahatdır:
Xidmət haqqı 3 AZN təşkil edir.
Qeyd: Təkrar olunan (5555), bir birinin ardınca gələn (1234) rəqəmləri və ya sizin bütün kartlarınıza eyni şifrəni seçmək təhlükəsizlik baxımından məsləhət görülmür.
Bu xidmət sənə 7/24 kart hesablarınla aparılan əməliyyatlara nəzarət imkanı yaradır. Ödənişin həyata keçirilməsi, vəsait kifayət etmədikdə əməliyyatın həyata keçirilməsi cəhdi, kartın qüvvədə olma müddətinin başa çatması və digər bu kimi hallarla bağlı SMS-lər mobil nömrənə gələcək. Xidmətə qoşulma çox sadədir:
Xidmətdən aylıq istifadə haqqı 1.20 AZN təşkil edir.
Onlayn ödənişləri çoxlarının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Yelo Bank daim müştərilərinin qayğısına qalır və bu internet ödənişlərin təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün 3D Secure xidmətini təqdim edir. Bu xidmət online ödənişlərin təhlükəsizliyini artırır və pullarınızı internet fırıldaqçılardan qoruyaraq, alış-veriş prosesini daha xoş və rahat edir. Xidmətin işləmə mexanizmi çox sadədir. Xidmətə qoşulmaq üçün tələb olunan birdəfəlik şifrəni 2 yolla əldə etmək olar:
Şifrədən istifadə edərək AzeriCard saytında, “3D Secure ilə kartını qoru” bölməsini seçərək qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat zamanı kart sahibi şifrə yaradır. Onlayn ödəniş həyata keçirərkən bütün lazımi kart rekvizitləri qeyd etdikdən sonra, əgər sayt 3D Secure xidmətini dəstəkləyirsə, şifrəni qeyd etmək üçün xüsusi səhifəyə yönləndirilir. Qeydiyyat zamanı daimi şifrə seçilməyibsə, birdəfəlik şifrə mobil nömrəyə SMS formasında göndərilir. Həmin şifrəni səhifədəki xüsusi xanaya qeyd edərək ödənişi təsdiq etmək lazımdır. Şifrə bilavasitə ödəniş həyata keçirilən zaman göndərilir və təsdiq üçün yalnız bir dəfə istifadə oluna bilər. Beləliklə internet üzərindən kart sahibindən xəbərsiz heç bir ödəniş həyata keçirmək mümkün olmur.
Xidmət ödənişsizdir.
Bu xidmət Yelo Bank kart sahiblərinə bank kartı olmayan şəxslərə günün istənilən vaxtı pul vəsaitlərinin göndərilməsini imkan verir. Xidmətin həyata keçirilməsi AzeriCard və Yelo Bank ATM-ləri vasitəsilə həyata keçirmək mümkündür. Xidmətdən istifadə çox rahatdır:
Yelo Bank ATM-ləri vasitəsilə pul vəsaitini aldıqda göndərəndən 1.5% komissiya tutulur (2.50 AZN/ 3.50 USD/EUR), digər bank ATM-ləri vasitəsilə pul vəsaiti üzrə komissiya isə 2.0% (2.50 AZN / 3.50 USD/EUR) təşkil edir.
Bu xidmət kart sahiblərinə Yelo Bank ATM-ləri və AzeriCard şəbəkəsi vasitəsilə bir kartdan digər karta tez və rahat köçürmək imkanı verir. Xidmətdən istifadə çox rahatdır:
Köçürmə komissiyası:
Vəsaitin digər kartdan qəbulu - "Card to Card":
Köçürmə yalnız ölkə daxilində mümkündür.
PİN kodun ATM vasitəsilə təyin olunması üçün:
• Kart hazır olduqdan sonra SMS vasitəsilə sifariş zamanı qeyd etdiyin nömrəyə birdəfəlik PİN kod göndərilir. Kodun istifadə müddəti 6 gündür.
• Kartı əldə etdikdən sonra ATM-ə daxil edib e-PİN bölməsinə keçid et.
• Növbəti pəncərədə əvvəlcə SMS-lə göndərilmiş birdəfəlik PİN kodu, sonra isə öz istədiyin PİN-i daxil edirsən.
• Təyin etdiyin PİN kodu təkrar daxil et.
• Təbrik edirik, PIN kod təyin edildi, unutmamağa çalış.
Qeyd: Təkrar olunan (5555), bir birinin ardınca gələn (1234) rəqəmləri və ya sizin bütün kartlarınıza eyni şifrəni təyin etmək təhlükəsizlik baxımından məsləhət görülmür.