Daşınmaz əmlak girov krediti üçün tələblər:
- Girov qismində krediti rəsmiləşdirən filialdan asılı olmayaraq ölkə ərazisində (regionlar üzrə kəndlər istisna) yerləşən dövlət qeydiyyatında olan istənilən daşınmaz əmlak: mənzil, fərdi yaşayış evi, bağ evi, ticarət obyekti çıxış edə bilər.
- Girov borcalanın və yaxud 1-ci dərəcəli qohumlarının (ər/arvad, valideyin (həmçinin övladlıqa göturənlər), övladların (həmçinin övladlığa götürülmüş), bacı, qardaş, nənə, baba, ər/arvadın valideyinləri (həmçinin qəyyumları)) adında olmalıdır.
- Minimal əməkhaqqı - 500 AZN
Daşınmaz əmlak girov krediti üçün sənədlər:
- Borcalanın şəxsiyyət vəsiqəsi
- Girov üçün təqdim edilmiş əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış);
- Forma 1. DƏDRX-dən yüklülük barədə arayış;
- Forma 2. MKİS-dən qeydiyyatda olanlar barədə arayış;
- Girov qoyanın nikah haqqında şəhadətnaməsi;
- Girov qoyanın və həyat yoldaşının əmlakın girova götürülməsinə dair notarial qaydada razılığı;
- İpoteka müqaviləsinin notarial qaydada təsdiqi;
- Girov qoyulan əmlakda qeydiyyatda olan şəxlərin şəxsiyyət vəsiqələrinin surətləri və razılıqları.
Faktiki illik faiz dərəcəsi (FİFD): min :14 %, maks: 18 %