Müraciətiniz üçün təşəkkürlər
Ən qısa zamanda əməkdaşlarmız tərəfindən sorğunuza baxılacaq. Qeyd etdiyiniz mobil nömrə ilə əlaqə saxlaya bilmədiyimiz halda müraciətinizə baxa bilməyəcəyik.
Üstündə pulqabı gəzdirməyi unut. Google Pay ilə istədiyin zaman təmassız ödəniş keçərli olan hər yerdə ani ödəniş edə biləcəksən! Bunun üçün Google Wallet tətbiqini elektron cihaza yüklə, kartı əlavə et və ödəməyə başla!
İstədiyin qədər kartı əlavə edə bilərsən
Kart məlumatları maksimum qorunur
Xidmət tamamilə ödənişsizdir
Gpay və təmassız nişanlı hər yerdə keçərlidir
Sual-cavab:
Google Pay nədir?
Google Pay – 11 sentyabr, 2015-ci ildə Google şirkəti tərəfindən yaradılmış, Android əməliyyat sistemi ilə çalışan smartfonlarda tətbiq olunan innovativ, elektron ödəniş sistemidir.
Google Pay ilə harada ödəniş edə bilərəm?
Google Pay-i dəstəkləyən bütün mağazalarda, vebsaytlarda və tətbiqlərdə ödəniş edə bilərsiniz. Bu cür yerlərdə adətən təmassız ödəniş və ya Gpay nişanı olur.
Xidmət haqqı nə qədərdir?
Google Pay xidməti tamamilə ödənişsizdir.
Yelo Bank-ın hansı kartlarını Google Wallet-ə əlavə edə bilərəm?
Yelo Bank-a məxsus istənilən növ Visa kartını.
Google Pay ilə ödəmə qaydası necədir?
Ödəniş etmək üçün:
Google Wallet-ə bir neçə kart əlavə edə bilərəm?
Bəli, mümkündür. Kartınızı Google Wallet-ə əlavə etmək üçün:
Google Pay ilə ödənişlər təhlükəsizdirmi?
Google Pay ödənişlər təhlükəsiz və etibarlı ödəniş vasitəsidir. Xüsusi tokenizasiya texnologiyası sayəsində ödəniş zamanı kartın nömrəsi və ya kart sahibinin digər məlumatları deyil, virtual kartın, yəni token məlumatları ötürülür. Bu texnologiya kart sahibinin şəxsi məlumatlarını qorumağa imkan verir və telefonun itirilməsi və ya oğurlanması halında təhlükəsizliyinizi təmin edir. Hətta smartfon itirildiyi zaman “Cihazımı Tap” funksionallığı sayəsində dünyanın istənilən yerindən smartfonunuzu dərhal bloklaşdırıb, yeni şifrə ilə qoruya və ya şəxsi məlumatlarınızı tam silə bilərsiniz.
Google Pay-dən istifadə etmək üçün internet bağlantısı olmalıdır?
İnternet bağlantısı olmadan belə Google Pay xidmətindən istifadə etmək mümkündür.
Apple Pay təmassız ödəmə üsulunu Yelo kart istifadəçiləri üçün əlçatandır. Bunun üçün sadəcə iPhone smartfonu, Apple Watch saatını və ya iPad planşetini ödəmə terminalına yaxınlaşdırmaq kifayətdir. Apple Pay ilə təmassız ödəmə nişanı olan istənilən market, aptek, taksi, kafe, restoran, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür.
Apple Pay-in əsas üstünlüyü onun təhlükəsizliyi və məxfiliyindədir. Bu üsulla həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi ödənişi Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir. Apple Pay-ə əlavə edilmiş kart məlumatları nə cihazda, nə də Apple serverlərində saxlanılmır. Əvəzində karta unikal cihaz qeydiyyat nömrəsi verilərək şifrələnir və cihazın yüksək standartlara cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz element” çipində əminliklə saxlanılır.
Yelo kartı Apple Pay-də aktivləşdirmək çox asandır:
· Yelo mobil tətbiqinə daxil olub, istədiyiniz kartı seçin;
· “Apple Wallet”ə əlavə etmək üçün müvafiq təlimatları yerinə yetirin;
· Mobil nömrənizə SMS ilə göndəriləcək birdəfəlik şifrəni (OTP) daxil edin.
Prosesi yekunlaşdırdıqda seçdiyiniz kartı iPhone, Apple Watch, iPad cihazları vasitəsilə Apple Pay ödənişlərində istifadə edə biləcəksiniz.
Apple Pay xidmətinə qoşulmuş Yelo kart sahibləri Bankın təklif etdiyi cashback və endirimlərdən faydalanmağa davam edə biləcəklər.
PIN Set web
Yeni Yelo kart sifariş vermisən və PIN (ŞEN) kodu onlayn təyin etmək istəyirsən? O zaman PIN Set web xidmətimizdən faydalana bilərsən. Bunun üçün xidmət səhifəsinə daxil ol və aşağıda yazılmış addımlarla get:
Xidmət ödənişsizdir.
Yelo Bank
CashbackYelo kart ilə partnyor şəbəkəmizdə etdiyin ödənişlərə görə partnyordan asılı olaraq 30%-dək cashback əldə edə bilərsən.
Kartın PIN kodunu unutmusan? PIN Reset xidmətindən istifadə edərək yeni kod əldə et. Bunun üçün sadəcə:
Xidmət haqqı 3 AZN təşkil edir və kart hesabından çıxılır.
Əgər kartının PIN kodunu dəyişdirmək istəyirsənsə, istənilən Yelo Bank ATM-ə yaxınlaşa bilərsən. Yeni şifrə 4 rəqəmdən ibarət olmalıdır və istədiyin qədər dəyişə bilərsən. Dəyişmək isə çox rahatdır:
Xidmət haqqı 2 AZN təşkil edir.
Qeyd: Təkrar olunan (5555), bir birinin ardınca gələn (1234) rəqəmləri və ya sizin bütün kartlarınıza eyni şifrəni seçmək təhlükəsizlik baxımından məsləhət görülmür.
Bu xidmət sənə 7/24 kart hesablarınla aparılan əməliyyatlara nəzarət imkanı yaradır. Ödənişin həyata keçirilməsi, vəsait kifayət etmədikdə əməliyyatın həyata keçirilməsi cəhdi, kartın qüvvədə olma müddətinin başa çatması və digər bu kimi hallarla bağlı SMS-lər mobil nömrənə gələcək. Xidmətə qoşulma çox sadədir:
Xidmətdən aylıq istifadə haqqı 1.20 AZN təşkil edir.
Yelo Premium Visa kartınla hər yerdə hər zaman öz yüksək statusunu vurğula. Böyük üstünlükləri olan bu kart həyatının bir parçasına çevriləcək.
- Qlobal dəstək xidməti
- Tam beynəlxalq səyahət sığortası
- Avtomobil kirayəsinə 35%-dək endirim
- Biznes zallara ödənişsiz giriş
- Pulsuz Fast Track keçidləri
- 24/7 Visa Konsyerj xidməti
- Sağlam Ailə mərkəzlərində xüsusi təkliflər
- Premium Lounge Key*
*Yelo Premium kartınla ildə iki dəfə Premium Lounge Key zallarına ödənişsiz daxil ola bilərsən. Bunun üçün Lounge Key zallarını ziyarət etməzdən qabaq son 35 gün ərzində Yelo Premium kartınla smartfon, yaxud ağıllı saat vasitəsilə min. 100 AZN-lik alış-veriş etmək lazımdır (01.06.2023-dən etibarən). Pulsuz keçid limitini doldurduqda Lounge Key xidmətə görə ödəniş 32 USD təşkil edir.
Onlayn ödənişləri çoxlarının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Yelo Bank daim müştərilərinin qayğısına qalır və bu internet ödənişlərin təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün 3D Secure xidmətini təqdim edir. Bu xidmət online ödənişlərin təhlükəsizliyini artırır və pullarınızı internet fırıldaqçılardan qoruyaraq, alış-veriş prosesini daha xoş və rahat edir. Xidmətin işləmə mexanizmi çox sadədir. Xidmətə qoşulmaq üçün tələb olunan birdəfəlik şifrəni 2 yolla əldə etmək olar:
Şifrədən istifadə edərək AzeriCard saytında, “3D Secure ilə kartını qoru” bölməsini seçərək qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat zamanı kart sahibi şifrə yaradır. Onlayn ödəniş həyata keçirərkən bütün lazımi kart rekvizitləri qeyd etdikdən sonra, əgər sayt 3D Secure xidmətini dəstəkləyirsə, şifrəni qeyd etmək üçün xüsusi səhifəyə yönləndirilir. Qeydiyyat zamanı daimi şifrə seçilməyibsə, birdəfəlik şifrə mobil nömrəyə SMS formasında göndərilir. Həmin şifrəni səhifədəki xüsusi xanaya qeyd edərək ödənişi təsdiq etmək lazımdır. Şifrə bilavasitə ödəniş həyata keçirilən zaman göndərilir və təsdiq üçün yalnız bir dəfə istifadə oluna bilər. Beləliklə internet üzərindən kart sahibindən xəbərsiz heç bir ödəniş həyata keçirmək mümkün olmur.
Xidmət ödənişsizdir.
Bu xidmət Yelo Bank kart sahiblərinə bank kartı olmayan şəxslərə pul vəsaitlərinin göndərilməsinə və ya günün istənilən vaxtı fiziki kart olmadan tətbiq sayəsində ATM-dən nağdlaşdırmaya imkan verir. Xidməti yalnız Yelo Bank ATM-ləri vasitəsilə həyata keçirmək mümkündür. Xidmətdən istifadə çox rahatdır:
ATM vasitəsilə:
Cash by code xidmətindən istifadə zamanı kart sahibindən 2% komissiya tutulur (min. 2 AZN). Bu xidmət yalnız fiziki şəxslərin AZN valyutalı Yelo Bank kartlarında keçərlidir. Əməliyyat üçün minimal məbləğ 10 AZN təşkil edir. Gündəlik maksimal limit 1000 AZN-dir. ATM-dən nağdlaşdırılacaq vəsait 0 sonluqlu olmalıdır (məs: 10, 20, 30, 110, 450 və s.)
Bu xidmət kart sahiblərinə Yelo Bank ATM-ləri və AzeriCard şəbəkəsi vasitəsilə bir kartdan digər karta tez və rahat köçürmək imkanı verir. Xidmətdən istifadə çox rahatdır:
Köçürmə komissiyası:
Vəsaitin digər kartdan qəbulu - "Card to Card":
Köçürmə yalnız ölkə daxilində mümkündür.
PİN kodun ATM vasitəsilə təyin olunması üçün:
• Kart hazır olduqdan sonra SMS vasitəsilə sifariş zamanı qeyd etdiyin nömrəyə birdəfəlik PİN kod göndərilir. Kodun istifadə müddəti 6 gündür.
• Kartı əldə etdikdən sonra ATM-ə daxil edib e-PİN bölməsinə keçid et.
• Növbəti pəncərədə əvvəlcə SMS-lə göndərilmiş birdəfəlik PİN kodu, sonra isə öz istədiyin PİN-i daxil edirsən.
• Təyin etdiyin PİN kodu təkrar daxil et.
• Təbrik edirik, PIN kod təyin edildi, unutmamağa çalış.
Qeyd: Təkrar olunan (5555), bir birinin ardınca gələn (1234) rəqəmləri və ya sizin bütün kartlarınıza eyni şifrəni təyin etmək təhlükəsizlik baxımından məsləhət görülmür.