Yelo-dan çoxfunksiyalı mobil əlavə

Apple Pay indi Yelo Bank-da!

  • Apple Pay artıq Yelo Bank müştəriləri üçün aktivdir. Yelo Bank kartlarınızı Apple Pay-ə əlavə edin və yeni nəsil ödəmə üsulundan həzz alın!

Apple Pay-in üstünlükləri nələrdir?

Ödəniş üçün nağd pula və plastik karta ehtiyac qalmır. Apple cihazlarınızla ödənişinizi rahatlıqla həyata keçirə bilərsiniz.

Plastik kartı başqasına ötürmədən, pula, ödəniş terminalının düymələrinə toxunmadan təmassız ödəniş edirsiniz.

Apple Pay xidməti tamamilə pulsuzdur və ödəniş əməliyyatı əvvəlkindən daha sürətli və çevik baş verir.

Hər bir əməliyyatın təhlükəsizliyi Apple-in innovativ texnologiyaları ilə təmin olunur.

Apple Pay-i necə aktivləşdirməli?

1. “Face ID” və ya “Touch ID” dəstəkləyən iPhone (iPhone 6-dan başlayaraq), Apple Watch və ya digər Apple cihazlar olmalıdır.

2. Yelo App-də əlavə etmək istədiyiniz kartınıza toxunub, “Apple Wallet-ə əlavə etmək” düyməsinə klikləyin.

3. Verilmiş təlimatlara əsasən Yelo Bank debet və ya kredit kartının məlumatlarını daxil edib, təsdiqləyin.

4. Apple Pay vasitəsilə iPhone, iPad və Mac cihazlarına yüklənən tətbiqlərdə və ya Safari internet brouzerində açılan vebsaytlarda da rahat və sürətli alış-veriş etmək mümkündür.



Apple Pay-lə ödəniş necə həyata keçirilir?

Ödəniş etmək istədiyiniz zaman iPhone, Apple Watch və ya iPad-in yan düyməsini iki dəfə sıxın. Face ID və ya Touch ID identifikasiya təsdiqindən sonra cihazı terminala yaxınlaşdırın. Ekranda uğurlu əməliyyat barədə bildiriş gələn kimi ödəniş tamamlanır.

Apple Pay-də şəxsi məlumatlarınız qorunur.

Siz Yelo Bank kartlarınızı Apple Pay-ə əlavə etdikdə kartınızın məlumatları nə cihazda, nə də serverdə saxlanılmır. Əvəzində Apple Pay ödəniş üçün xüsusi nömrə və unikal əməliyyat kodundan istifadə edir.

Apple Pay haqqında daha ətraflı məlumatla www.apple.com/apple-pay saytında tanış ola bilərsən.



Sual-cavab

Apple Pay ilə ödəniş təhlükəsizdir?

Apple Pay kart, kağız və dəmir pul kimi ənənəvi ödəmə üsullarından təhlükəsizdir. Ödəniş əməliyyatı Apple cihazındakı Face ID, Touch ID və ya təhlükəsizlik kodu daxil edilməklə həyata keçirilir. Şəxsi məlumatlarınız qarşı tərəfə ötürülmür və Apple serverində saxlanılmır.

Apple Pay-i necə aktivləşdirə bilərəm?

Çox asan! Sadəcə Wallet tətbiqinə hər hansı bir Yelo Bank kartınızı əlavə edin. Həmin kartı Apple Pay aktivləşdirmək istədiyiniz digər cihazlarda da əlavə etməyi unutma. Apple Pay-i iPhone, Apple Watch, Mac və iPad-də aktivləşdirmək mümkündür.

 




Kart xidmətləri

Yelo-dan çoxfunksiyalı mobil əlavə