Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Məlumat Mərkəzinə Menecer

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Məlumat Mərkəzinə Menecer” vakansiyasını elan edirik.

Vəzifə öhdəlikləri:

  •  Məlumat mərkəzində təyin olunmuş iş qrafiki üzrə operatorların işinin effektiv və fasiləsiz şəkildə təmin edilməsi;
  •  İşin gedişatı üçün lazımi prosedur, qayda, skriptlərin yazılması;
  •  İş modellərinin və program təminatının təkmilləşdirilməsi, İT sistemləri üçün tələblərin təsvirinin hazırlanması;
  •  Cari iş proseslərinin nəzarətdə saxlanılması, pik saatlarını düzgün təyin edilməsi;
  •  Mütəxəssislərin üçün maddi və qeyri-maddi motivasiyanın yaradılması;
  •  Stressdən azadolma metodlarının tətbiqi;
  •  Məlumat mərkəzinin Bankın bütün strukturları ilə informasiya mübadiləsinin və əlaqəsinin təşkil edilməsi;
  •  Məlumat mərkəzinin iş yükünə operativ reaksiyasını təmin etmək məqsədi ilə Bankın biznes proseslərində olan dəyişiklikləri nəzarət altında saxlamaq;
  •  Daxil olan və çıxan zənglərin effektiv idarə olunması, skriptlərin təkmiləşdirilməsi;
  •  Nəzarət və hesabat sisteminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi vəqiymətləndirilməsi;
  •  İşçilərin işə qəbulu və adaptasiyasında iştirak;
  •  Bankın sosial platformalar vasitəsi ilə daxil olan sorğuları effektiv cavablamaq və idarə etmək üçün sistemin təşkil olunması;
  •  Cari işçilərin peşəkar bacarıqlarının mükəmməlləşdirilməsi məqsədi ilə mütəmadi təlim proqramlarının hazırlanmasında iştirak.

Tələblər:

  •  Məlumat mərkəzində ən azı 3 il iş təcrübəsi;
  •  Azərbaycan dili, Rus dilini mükəmməl səviyyədə bilməli, İngilisi dili biliyi arzuolunandır;
  •  Məlumat mərkəzlərinin işinin təşkili üçün mühüm olan program təminatları üzrə texniki biliklər biliklər;
  •  Əmək qanunvericiliyi əsasları haqqında biliklər;
  •  Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında biliklər;
  •  Güclü idarəetmə və komunikasiya bacarığı;
  •  Analitik düşüncə və təhlil vərdişləri.

Biz Sizə nə təklif edirik:

  •  Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  •  Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv.
  •  Tibbi sığorta proqramına qoşulma;
  •  Yığım sığortasına qoşulma imkanı

Siz elektron poçtun “mövzu” yerinə “Call center_Manager” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə