Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Mühasibatlıq və mütləq hesabatlıq departamentinin Mütləq hesabatlar şöbəsində mütəxəssis

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Mühasibatlıq və mütləq hesabatlıq departamentinin Mütləq hesabatlar şöbəsində mütəxəssis” vakansiyasını elan edirik. Siz elektron poçtun “mövzu” yerinə “Mütləq hesabatlar_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Vəzifə öhdəlikləri:

  • MB və digər dövlət strukturlarına gündəlik, həftəlik, yarım-aylıq, aylıq, rüblük və illik hesabatların tərtib edilməsi;
  • Daxili və kənar yoxlayıcılara bank göstəriciləri ilə əlaqədar məlumatların verilməsi;
  • Bankın balans və balansarxasında olan uyğunsuzluqları müəyyən etmək və düzəlişlərin edilməsi üçün müvafiq strukturlara müraciət etmək;
  • MB və digər qurumlara, eyni zamanda bank rəhbərliyinə müxtəlif sorğular əsasında birdəfəlik hesabatların hazırlanması və müəyyən edilmiş müddət ərzində təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Dil tələbləri: Azərbaycan dilini yüksək səviyyədə bilməli, Rus və İngilis dili orta səviyyədə bilməsi arzuolunandır;
  • İstənilən hesabatlıq sahəsində minimum 1 il iş təcrübəsi;
  • Məlumatlarla işləmə bacarığı;
  • Analitik düşüncə qabiliyyəti;
  • Minimum orta səviyyədə Microsoft Excel bilikləri;
  • Banklar üçün mövcud hesablar planından xəbərdar olması.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Yığım sığortasına qoşulma imkanı;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə