News feed

News

Açıq tender elanı – Kibertəhlükəsizlik monitorinqi və insidentlərin idarə olunması (XDR və SOAR) həllərinin satın alınması

Yelo Bank rəqəmsal təhlükəsizlik sistemlərini gücləndirmək və kiberhədələrə qarşı çevik müdafiəni təmin etmək məqsədilə açıq tender elan edir. Tenderin predmeti Kibertəhlükəsizlik monitorinqi və insidentlərin idarə olunması həllərinin (XDR və SOAR) satın alınmasıdır.

Bank bu sahədə ixtisaslaşmış və müvafiq təcrübəyə malik şirkətləri əməkdaşlığa dəvət edir. Tenderdə iştirak edəcək namizədlər üçün əsas tələblər aşağıdakılardır:

-    Kibertəhlükəsizlik sahəsində uğurlu təcrübə;

-    Bank və ya fintech sektorunda fəaliyyət tarixçəsi;

-    Təklif olunan həll üzrə istehsalçının təlim və ya sertifikasiya proqramlarından keçmiş mütəxəssis komandası;

-    Texniki dəstək və implementasiya (tətbiq) imkanları.

Tender təklifini 29 aprel 2026-cı il, saat 17:00-dək (Bakı vaxtı ilə) təqdim edilməlidir.

Tender şərtləri və müraciət qaydaları ilə bağlı ətraflı məlumatla aşağıdakı faylları yükləyərək tanış ola bilərsiniz.