Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Bazar və Likvidlik Risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi / meneceri

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Risklərin idarəedilməsi departamenti, Bazar və Likvidlik Risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi / meneceri”vakansiyasını elan edirik.

Vəzifə öhdəlikləri:

  •  Bankın kapital, likvidlik, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün strategiyaların metodoloji qiymətləndirilməsi, təsdiqi və bazar riski limitlərinin müəyyən edilməsi;
  •  Bazar risklərinin idarə edilməsi üzrə daxili siyasət və prosedurların hazırlanması, dəstəklənməsi və icrasının təmin edilməsinə nəzarət;
  •  Bazar risklərinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması;
  •  Bazar risklərinin idarə edilməsi üçün erkən xəbərdarlıq sisteminin qurulması və prosedurların müəyyənləşdirilməsi;
  •  Bazar riskləri üzrə stress testlərin aparılması, Riskə məruz dəyər (Value at Risk) kimi risk göstəricilərinin hesablanması;
  •  Yerli və xarici banklarla valyuta əməliyyatları, müxbir hesab əməliyyatları, tələblər və digər bu kimi əməliyyatlarla bağlı limitlərin müəyyən edilməsi və mütəmadi olaraq nəzərdən keçirilməsi;
  •  Bank sektoruna makroiqtisadi faktorların təsirinin qiymətləndirilməsi, ölkədaxili bank sistemi üzrə təhlillərin aparılması;
  •  Bankda mövcud olan metodologiya və əsasnamələr əsasında risklər üzrə aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər:

  •  İqtisadiyyat və ya Maliyyə sahəsində ali təhsil;
  •  Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  •  Microsoft Office proqramları üzrə biliklər (xüsusilə Excel və Power Point);
  •  Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dili yaxşı səviyyədə arzuolunandır;
  •  Liderlik və yüksək analitik bacarıqlar;
  •  Stresədavamlılıq və nəticəyönümlülük;
  •  Bank qanunvericiliyi və normativ sənədlər barədə biliklər.

Biz Sizə nə təklif edirik:

  •  Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  •  Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
  •  Könüllü tibbi sığorta proqramına qoşulma
  •  Müasir idarəetmə sistemi və mehriban kollektiv

Siz elektron poçtun “mövzu” yerinə müvafiq filialı və “Bazar və Likvidlik Risklərinin idarəedilməsi üzrə baş mütəxəssis və ya menecer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə