Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Mərdəkan filialında Kredit inzibatlaşdırılması üzrə Mütəxəssis

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Mərdəkan filialında Kredit inzibatlaşdırılması üzrə Mütəxəssis” vakansiyasını elan edirik.

Vəzifə öhdəlikləri:

•    Kreditlər üzrə məlumatların Bankın daxili əməliyyat sisteminə daxil edilməsi, qanunvericiliyə, bankdaxili qaydalara və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilələr, müqaviləyə əlavələr və digər zəruri sənədləri tərtib edərək kreditin rəsmiləşdirilməsi; 
•    Cari kreditlərin restrukturizasiyası ilə bağlı təqdim olunan sənədlərin yoxlanılması vəmüqavilələrin hazırlanması;
•    Kredit verilməsi ilə əlaqədar hesabların açılması;
•    Tələb olunan sənədlər siyahısına əsasən kredit dosyesinin dolğunluğuna nəzarət və daxili prosedura əsasən arxivləşdirilməsi; 
•    Kreditlərin rəsmiləşdirilməsi prosesini Bankın daxili normativ sənədləri, müvafiq prosedur və qaydaların tələblərinə əsasən icra etməsi;
•    Şöbənin funksiyalarından və daxili normativ sənədlərin tələblərindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi.

Tələblər:

•    Ali təhsil; 
•    Kreditin rəsmiləşdirilməsi üzrə təcrübə arzu olunandır; 
•    Microsoft Word və Excel proqramların yaxşı səviyyədə istifadəsi bacarığı; 
•    Ofis avadanlığından (printer, skaner və s.) istifadəsi bacarığı.

Biz Sizə nə təklif edirik:

•    Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
•    Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
•    Könüllü tibbi sığorta proqramına qoşulma
•    Yığım sığortasına qoşulma imkanı
•    Müasir idarəetmə sistemi və mehriban kollektiv

Tələblərə cavab verdiyiniz halda, elektron poçtun “mövzu” yerinə Mərdəkan_Rəsmiləşdirici qeyd etməklə [email protected] ünvanına mürəciət etməyiniz xahiş olunur.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə