Onlayn ödənişləri çoxlarının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Yelo Bank daim müştərilərinin qayğısına qalır və bu internet ödənişlərin təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün 3D Secure xidmətini təqdim edir. Bu xidmət online ödənişlərin təhlükəsizliyini artırır və pullarınızı internet fırıldaqçılardan qoruyaraq, alış-veriş prosesini daha xoş və rahat edir. Xidmətin işləmə mexanizmi çox sadədir. Xidmətə qoşulmaq üçün tələb olunan birdəfəlik şifrəni 2 yolla əldə etmək olar:
- ATM qəbzi üzərində qeyd olunmuş birdəfəlik şifrə siyahısından
- Şifrəni mobil nömrəyə göndərməklə (kart SMS Bildiriş xidmətinə qoşulmalıdır).
Şifrədən istifadə edərək AzeriCard saytında, “3D Secure ilə kartını qoru” bölməsini seçərək qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat zamanı kart sahibi şifrə yaradır. Onlayn ödəniş həyata keçirərkən bütün lazımi kart rekvizitləri qeyd etdikdən sonra, əgər sayt 3D Secure xidmətini dəstəkləyirsə, şifrəni qeyd etmək üçün xüsusi səhifəyə yönləndirilir. Qeydiyyat zamanı daimi şifrə seçilməyibsə, birdəfəlik şifrə mobil nömrəyə SMS formasında göndərilir. Həmin şifrəni səhifədəki xüsusi xanaya qeyd edərək ödənişi təsdiq etmək lazımdır. Şifrə bilavasitə ödəniş həyata keçirilən zaman göndərilir və təsdiq üçün yalnız bir dəfə istifadə oluna bilər. Beləliklə internet üzərindən kart sahibindən xəbərsiz heç bir ödəniş həyata keçirmək mümkün olmur.
Xidmət ödənişsizdir.