Yelo Bank ATM-ləri və AzeriCard şəbəkəsi vasitəsilə bir kartdan digər karta tez və rahat pul köçürməsi etməyə imkan verən kartdan karta xidmətindən istifadə etmək üçün aşağıdakı mərhələləri izləyin:
- Kartı ATM-ə daxil edərək əsas menyuda «Card-to-Card» düyməsini seç
- Köçürmə valyutasını seçdikdən sonra köçürmə ediləcək kartın 16 rəqəmli kart nömrəsini 2 dəfə daxil edin.
- Daha sonra köçürmə məbləğini qeyd edin.
Köçürmə komissiyası AzeriCard şəbəkəsinin daxilində və ya xaricində xidmət olunan kartlara edilməsindən asılı olaraq fərqlilik göstərir. Komissiya dərəcələri haqqında məlumat üçün keçid edin.