Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Proqramlaşdırma departamentində Full Stack Developer

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Proqramlaşdırma departamentində Full Stack Developer” vakansiyasını elan edirik.

Vəzifə öhdəlikləri:

•    Proqram təminatının hazırlanması və düzəlişlərin edilməsi;
•    Proqram təminatında yaranan xətaların aradan qaldırılması;
•    Mütəmadi olaraq işlərin idarəetmə sistemi vasitəsilə daxil olan işlərin nəzərdən keçirilməsi;
•    Proqram təminatı ilə əlaqəli sorğuların cavablandırılması;
•    Proqram təminatının inkişafının və prosseslərinin optimallaşdırılmasının təmin edilməsi;
•    Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması.

Tələblər:

•    Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
•    Proqramlaşmanı dərindən başa düşmək və sərbəst alqoritm yazma bacarığı;
•    PHP - Laravel MVC Framework bilikləri;
•    Javascript - Node.js və socket ilə işləmək bilikləri;
•    Redis, Memcache bilikləri;
•    MySQL, MongoDB
•    Linux bilikləri, NGINX və Apache kimi serverlərdən anlayışı olmaq
•    Optimal SQL sorğuları, oxuna bilinən kod yazmağı bacarmaq
•    RESTful bilikləri
•    GIT ilə işləyə bilmək

Biz Sizə nə təklif edirik:

•    Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
•    Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
•    Könüllü tibbi sığorta proqramına qoşulma;
•    Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Full Stack Developer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə