Yelo Grace kart ilə hər ay yalnız hesablanmış faizlər ödəməklə 10 000 AZN-ə dək kredit əldə et
-
Məbləğ: 300 - 10 000 AZN
-
Müddət: 36 ay
-
İllik faiz dərəcəsi: Light 25% / Premium 23%
-
45 günədək güzəşt müddəti
-
Nağdlaşdırma komissiyası: 1%
-
Partnyorlarda 30%-dək cashback
-
Ödəniş növü: Sərbəst
-
Pulsuz mobil əlavə
-
Rəsmiləşdirmə komissiyası: 1%
-
Valyuta: AZN
-
Hər yerdə cashback (Light 0.5% / Premium 1%)
-
Təmassız ödəniş
-
Kartın qiyməti: Pulsuz *
* Məbləğ 5000 AZN-dək olduqda Yelo Light, 5000 AZN və daha yuxarı olduqda isə Yelo Premium kartı pulsuz verilir
Kredit kartın yalnız şaquli formasına görə deyil, həm də kənarının rənginə görə pul qabında digər kartlardan fərqlənəcək. Tezliklə bu krediti kartını daha çox sevəcəksən.
* Məbləğ 5000 AZN-dək olduqda Yelo Light, 5000 AZN və daha yuxarı olduqda isə Yelo Premium kartı pulsuz verilir
Kredit kartın yalnız şaquli formasına görə deyil, həm də kənarının rənginə görə pul qabında digər kartlardan fərqlənəcək. Tezliklə bu krediti kartını daha çox sevəcəksən.
* Məbləğ 5000 AZN-dək olduqda Yelo Light, 5000 AZN və daha yuxarı olduqda isə Yelo Premium kartı pulsuz verilir
Kart sifarişini necə edə bilərəm?
Ödəniş kartını sifariş etməyin bir neçə yolu var:
- Sayt vasitəsilə
- Yelo mobil əlavəsi vasitəsilə
- Məlumat mərkəzi ilə əlaqə saxlamaq (981)
- Filiala müraciət etmək
SMS bildiriş xidmətinə necə qoşula bilərəm?
Kartı ATM-ə daxil edərək əsas menyuda “Xidmətlər” , oradan isə “SMS NOTIFICATIONS” bölməsinə daxil olmaq lazımdır. İki dəfə mobil telefon nömrəsi daxil edildikdən sonra xidmətə qoşulmaqla bağlı SMS gəlir.
Qeyd: Xidmətdən aylıq istifadə haqqı 1.20 AZN təşkil edir"
3D Secure kod nədir?
3D Secure - dələduzluq hallarından mühafizə olunmaq və onlayn ödənişlərin təhlükəsizləşdirilməsi imkanı verən texnologiyadır. Yeni Yelo kartları müştərilərə 3D Secure xidmətinə avtomatik olaraq qoşulmuş vəziyyətdə təqdim olunur və 3D kodu SMS Xəbərdarlıq xidmətinə qoşulmadan kart sahibinə göndərilir. Onlayn alış-veriş etdikdə, 3D Secure xidmətini dəstəkləyən internet-mağaza müştərinin mobil telefonuna SMS şəklində təqdim olunan kodu daxil etməyi xahiş edəcək. Xidmət ödənişsizdir. 3D secure dəstəkləyən saytlarda 3D-siz keçən əməliyyatlar üzrə gündəlik limit məbləği bankın cari tariflərinə əsasən tətbiq olunur.
Kartımın limitlərinə necə baxa və dəyişə bilərəm?
Kart üzrə mövcud limitlərin izlənilməsi və dəyişilməsi üçün Yelo mobil tətbiqindən istifadə etmək və ya filiala yaxınlaşmaq lazımdır.
Kart üzrə limitlər nədir?
Kart əməliyyatlarını daha təhlükəsiz etmək üçüm bank əməliyyatlara limitlər təyin edir. Limitlər aşağıdakı formada olur:
- Bankomatda və POS-terminal vasitəsilə nağdlaşdırma limiti
- Karta mədaxil limiti
- POS-terminal ödənişlərinə tətbiq olunan limit (təmaslı və təmassız)
- Onlayn ödənişlər zamanı tətbiq olunan limit
- Card to Card -a tətbiq olunan limit
Bankın cari tariflərində risk zonasına daxil olan ölkələrdə dələduzluq risklərinin daha yüksək olmasını nəzərə alaraq, həmin ölkələrdə ödəniş kartları ilə əməliyyatların aparılması üzrə bank tərəfindən daha aşağı limitlər tətbiq olunub.
Kartım itib və ya oğurlanıbsa nə etməliyəm?
Kart üzrə əməliyyatları daha təhlükəsiz etmək üçün bank kartlar üzrə aparılan əməliyyatlara limitlər tətbiq edir. Əgər ödəniş kartı itib və ya oğurlanıbsa, vəsaitin təhlükəsizliyi və öz rahatlığınız üçün kartı bloklaşdırılmağa tövsiyyə edirik. Kartı aşağıdakı üsullarla bloklaşdırmaq mümkündür:
- Yelo mobil əlavəsindən
- Məlumat mərkəzi ilə əlaqə saxlayaraq (981)
- Filiala yaxınlaşaraq
- 24/7 fəaliyyət göstərən Azərikard Müştəri Xidmətləri Mərkəzi ilə əlaqə saxlayaraq (194; ancaq beynəxalq zənglər üçün: +99450 225 28 00)
Əgər itirilmiş və ya oğurlanmış kart bloka salınıb, lakin həmin kartdan artıq əməliyyatlar aparılıbsa, bu halda banka ərizə ilə müraciət etmək lazımdır. Chargeback xidməti vasitəsilə məsələ araşdırılacaq və mümkün olduğu halda vəsait geri qaytarılacaq.
PIN kodumu 3 dəfə səhv daxil etdim və kartım bloka düşdü. Nə etməliyəm?
Kart PIN kodu 3 dəfə düzgün daxil etmədiyinə görə bloka salınıbsa, aşağıdakı üsullarla blokdan çıxarmaq mümkündür:
- Məlumat mərkəzi ilə əlaqə saxlayaraq (981)
- Filiala yaxınlaşaraq
- 24/7 fəaliyyət göstərən Azərikard Müştəri Xidmətləri Mərkəzi ilə əlaqə saxlayaraq (194; ancaq beynəxalq zənglər üçün: 012 598 46 97)
Kartın PIN kodunu yaddan çıxıbsa, bu halda filiala yaxınlaşaraq bankın PIN Reset xidmətindən yararlanmaq olar (xidmət haqqı 3 AZN-dir).
Məlumat Mərkəzi ilə əlaqə saxladım və açar sözünü təqdim etməyi xahiş etdilər. Açar sözü nədir?
Açar sözü məlumat mərkəzi ilə əlaqə saxlandığı zaman məlumatın təqdim olunması üçün təyin edilir. Məlumat mərkəzi (981) və ya 24/7 fəaliyyət göstərən Azərikard Müştəri Xidmətləri Mərkəzi (194; 012 598 46 97) ilə əlaqə saxlandığı zaman açar sözünü təqdim edərək kart üzrə məlumat əldə etmək olar.
"Surcharge" komissiyası nə deməkdir?
Kartın məxsus olduğu bankın mövcud komissiyasından əlavə qarşı tərəfin tətbiq edə biləcəyi əlavə komissiya haqqı "surcharge" adlanır. Məsələn, Yelo banka məxsus kartdan Azərikard xarici, ölkə daxili bankomatlarda nağdlaşdırma bankın tariflərinə əsasən 2% (min. 3 AZN / USD / EUR ) təşkil etdiyi halda, bankomatın məxsus olduğu bank da müştəridən nağdlaşdırmaya görə əlavə komissiya tuta bilər. Digər bank tərəfindən tutulan həmin əlavə komissiya isə "surcharge" komissiyasıdır. "Surcharge" komissiyası tətbiq olunacağı halda müştər bu barədə məlumatlandırılır.
Avtorizasiya kodu nə deməkdir?
Avtorizasiya kodu ödəniş kartı üzrə aparılan hər əməliyyatı identifikasiya edən unikal koddur. Həmin kod təqdim olunan qəbzdə 6 simvollu formada öz əksini tapır.
Cashback nədir?
Tərəfdaş şəbəkəsi daxilində və xaricində olan mağazalarda ödəniş kartı ilə aparılan ödənişlər zamanı məbləğin bir hissəsinin hesaba geri qayıtması "cashback" adlanır. Cashback təkiflərimiz
Dollar valyutasında olan kartımla Avro ilə ödəniş edə bilərəm?
Bəli, lakin bu zaman bankın cari tariflərində qeyd olunan konvertasiya haqqını ödəmək lazım olacaq. Ödənişləri avro valyutasında etmək üçün Yelo bankdan avro valyutalı kart da əldə etmək olar. Bu zaman kartdan konvertasiya haqqı tutulmayacaq.
Kartımın PIN kodunu unutmuşam. Bu halda nə edim?
PIN kodunu təyin etmək üçün istənilən filialdaki POS-terminalda PIN Reset xidmətindən istifadə etmək olar. PIN Reset xidmətindən istifadə aşağıdakı şəkildə həyata keçirilir:
- PIN kodun bərpa olunması üçün xüsusi ərizə forması doldurulur
- Müraciətə əsasən köhnə PIN kod silinir
- Əməliyyatçı tərəfindən təqdim olunan POS-terminal vasitəsilə yeni PIN kod yaradır
PIN Reset üzrə xidmət haqqı 3 AZN təşkil edir.
Kartımı necə bloklaşdıra bilərəm?
Kartı aşağıdakı üsullarla bloklaşdırmaq mümkündür:
- Yelo mobil əlavəsindən
- Məlumat mərkəzi ilə əlaqə saxlayaraq (981)
- Filiala yaxınlaşaraq
- 24/7 fəaliyyət göstərən Azərikard Müştəri Xidmətləri Mərkəzi (194; 012 598 46 97; ancaq beynəxalq zənglər üçün - 050 225 28 00) ilə əlaqə saxlayaraq
Kredit kartın yalnız şaquli formasına görə deyil, həm də kənarının rənginə görə pul qabında digər kartlardan fərqlənəcək. Tezliklə bu krediti kartını daha çox sevəcəksən.
-
1
Onlayn sifariş formasını doldur
-
2
Filialdan götür
-
3
Kartın istifadəsindən zövq al