Yelo Bankda kend teserrufati kreditleri 7% / 12% illik faiz dərəcələri ilə sizə gözləyir. Digər şərtlərlə tanış olmaq üçün AKİA kreditləri səhifəmizi ziyarət etməyi unutmayın.
Müraciətiniz üçün təşəkkürlər
Ən qısa zamanda əməkdaşlarmız tərəfindən sorğunuza baxılacaq. Qeyd etdiyiniz mobil nömrə ilə əlaqə saxlaya bilmədiyimiz halda müraciətinizə baxa bilməyəcəyik.
PIN Set web
Yeni Yelo kart sifariş vermisən və PIN (ŞEN) kodu onlayn təyin etmək istəyirsən? O zaman PIN Set web xidmətimizdən faydalana bilərsən. Bunun üçün xidmət səhifəsinə daxil ol və aşağıda yazılmış addımlarla get:
Xidmət ödənişsizdir.
Yelo Bank
CashbackYelo kart ilə partnyor şəbəkəmizdə etdiyin ödənişlərə görə partnyordan asılı olaraq 30%-dək cashback əldə edə bilərsən.
Kartın PIN kodunu unutmusan? PIN Reset xidmətindən istifadə edərək yeni kod əldə et. Bunun üçün sadəcə:
Xidmət haqqı 3 AZN təşkil edir və kart hesabından çıxılır.
Əgər kartının PIN kodunu dəyişdirmək istəyirsənsə, istənilən Yelo Bank ATM-ə yaxınlaşa bilərsən. Yeni şifrə 4 rəqəmdən ibarət olmalıdır və istədiyin qədər dəyişə bilərsən. Dəyişmək isə çox rahatdır:
Xidmət haqqı 2 AZN təşkil edir.
Qeyd: Təkrar olunan (5555), bir birinin ardınca gələn (1234) rəqəmləri və ya sizin bütün kartlarınıza eyni şifrəni seçmək təhlükəsizlik baxımından məsləhət görülmür.
Bu xidmət sənə 7/24 kart hesablarınla aparılan əməliyyatlara nəzarət imkanı yaradır. Ödənişin həyata keçirilməsi, vəsait kifayət etmədikdə əməliyyatın həyata keçirilməsi cəhdi, kartın qüvvədə olma müddətinin başa çatması və digər bu kimi hallarla bağlı SMS-lər mobil nömrənə gələcək. Xidmətə qoşulma çox sadədir:
Xidmətdən aylıq istifadə haqqı 1.20 AZN təşkil edir.
Onlayn ödənişləri çoxlarının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Yelo Bank daim müştərilərinin qayğısına qalır və bu internet ödənişlərin təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün 3D Secure xidmətini təqdim edir. Bu xidmət online ödənişlərin təhlükəsizliyini artırır və pullarınızı internet fırıldaqçılardan qoruyaraq, alış-veriş prosesini daha xoş və rahat edir. Xidmətin işləmə mexanizmi çox sadədir. Xidmətə qoşulmaq üçün tələb olunan birdəfəlik şifrəni 2 yolla əldə etmək olar:
Şifrədən istifadə edərək AzeriCard saytında, “3D Secure ilə kartını qoru” bölməsini seçərək qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat zamanı kart sahibi şifrə yaradır. Onlayn ödəniş həyata keçirərkən bütün lazımi kart rekvizitləri qeyd etdikdən sonra, əgər sayt 3D Secure xidmətini dəstəkləyirsə, şifrəni qeyd etmək üçün xüsusi səhifəyə yönləndirilir. Qeydiyyat zamanı daimi şifrə seçilməyibsə, birdəfəlik şifrə mobil nömrəyə SMS formasında göndərilir. Həmin şifrəni səhifədəki xüsusi xanaya qeyd edərək ödənişi təsdiq etmək lazımdır. Şifrə bilavasitə ödəniş həyata keçirilən zaman göndərilir və təsdiq üçün yalnız bir dəfə istifadə oluna bilər. Beləliklə internet üzərindən kart sahibindən xəbərsiz heç bir ödəniş həyata keçirmək mümkün olmur.
Xidmət ödənişsizdir.
Bu xidmət Yelo Bank kart sahiblərinə bank kartı olmayan şəxslərə günün istənilən vaxtı pul vəsaitlərinin göndərilməsini imkan verir. Xidmətin həyata keçirilməsi AzeriCard və Yelo Bank ATM-ləri vasitəsilə həyata keçirmək mümkündür. Xidmətdən istifadə çox rahatdır:
Yelo Bank ATM-ləri vasitəsilə pul vəsaitini aldıqda göndərəndən 1.5% komissiya tutulur (2.50 AZN/ 3.50 USD/EUR), digər bank ATM-ləri vasitəsilə pul vəsaiti üzrə komissiya isə 2.0% (2.50 AZN / 3.50 USD/EUR) təşkil edir.
Bu xidmət kart sahiblərinə Yelo Bank ATM-ləri və AzeriCard şəbəkəsi vasitəsilə bir kartdan digər karta tez və rahat köçürmək imkanı verir. Xidmətdən istifadə çox rahatdır:
Köçürmə komissiyası:
Vəsaitin digər kartdan qəbulu - "Card to Card":
Köçürmə yalnız ölkə daxilində mümkündür.
PİN kodun ATM vasitəsilə təyin olunması üçün:
• Kart hazır olduqdan sonra SMS vasitəsilə sifariş zamanı qeyd etdiyin nömrəyə birdəfəlik PİN kod göndərilir. Kodun istifadə müddəti 6 gündür.
• Kartı əldə etdikdən sonra ATM-ə daxil edib e-PİN bölməsinə keçid et.
• Növbəti pəncərədə əvvəlcə SMS-lə göndərilmiş birdəfəlik PİN kodu, sonra isə öz istədiyin PİN-i daxil edirsən.
• Təyin etdiyin PİN kodu təkrar daxil et.
• Təbrik edirik, PIN kod təyin edildi, unutmamağa çalış.
Qeyd: Təkrar olunan (5555), bir birinin ardınca gələn (1234) rəqəmləri və ya sizin bütün kartlarınıza eyni şifrəni təyin etmək təhlükəsizlik baxımından məsləhət görülmür.
Yelo Bankda kend teserrufati kreditleri 7% / 12% illik faiz dərəcələri ilə sizə gözləyir. Digər şərtlərlə tanış olmaq üçün AKİA kreditləri səhifəmizi ziyarət etməyi unutmayın.