Yelo-dan çoxfunksiyalı mobil əlavə

Geri qayıt

Forum

Pul krediti goturmek ucun teleb olunan senedler hansilardir?

Ehtiyaclarınızı qarşılamaq üçün sərfəli şərtlərlə pul krediti təqdim edən Yelo Bank sənədləşmə mövzusunda da sizlərin rahatlığını düşünür.

Kredit çeşidlərində asılı olaraq bank tərəfindən tələb olunan sənədlər fərqlilik göstərir. Belə ki, İstehlak krediti almaq üçün şəxsiyyət vəsiqəsi, rəsmi gəlirləri təqdim edən sənədi; daşınmaz əmlak girov krediti götürmək üçün şəxsiyyət vəsiqəsi, forma 1. DƏDRX-dən yüklülük barədə arayış, forma 2. MKİS-dən qeydiyyatda olanlar barədə arayış və s. ; əmanət  girovu ilə kredit üçün AR şəxsiyyət vəsiqəsi ; İpoteka krediti üçün borcalanın şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti, nikah haqqında şəhadətnamə və sənədin surəti və s. sənədlər tələb olunmaqdadır. Minimal sənəd sayı ilə kreditin rəsmiləşmə prosesi də tezləşir və arzuladığınız krediti yüzlərlə sənəd təqdim etmədən də əldə  edə bilərsiniz. Sənədlərlə bağlı ətraflı məlumat üçün Kreditlər kateqoriyamızı incələyin.

3826 Baxış
Müəllif : İlahə Aslanova
Online kredit sifarişi

Aylıq əməkhaqqı

AZN

Kredit məbləği

AZN

Məlumatların təhlükəsizliyinə təminat veririk

Yelo-dan çoxfunksiyalı mobil əlavə