Bankımız tərəfindən təklif olunan güzəştli ipoteka krediti ilə xəyallarınızdakı evi reallaşdırmaq çox asandır. Güzəştli ipoteka üçün tələb olunan şərtlər aşağıdakı kimi sıralana bilər:
- Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
- Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
- Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
- Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
- Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;
- Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
- İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).
- Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
- Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs və s.
Krediti şərtləri ilə bağlı daha geniş məlumat əldə etmək üçün İpoteka krediti səhifəmizi incələyin.